Accessibility links

BMT-nin baş katibi Azərbaycan-Ermənistan sərhədində gərginliyin dərhal azaldılmasına çağırıb


BMT-nin baş katibi Antonio Quterreş Ermənistan-Azərbaycan sərhədində yenidən hərbi əməliyyatların başlaması ilə bağlı xəbərlərdən dərin narahatlığını ifadə edib. BMT baş katibinin sözçüsü Stefan Dujarrikin açıqladığı bəyanatda Quterreşin tərəfləri əldə edilmiş razılaşmalara əməl etməyə çağırdığı bildirilir.

“O, tərəfləri gərginliyin azaldılması üçün təcili addımlar atmağa, maksimum təmkin nümayiş etdirməyə, həll olunmamış problemləri dialoq və mövcud formatlar çərçivəsində həll etməyə çağırır. O həmçinin onları əvvəllər əldə edilmiş razılaşmaları tam şəkildə yerinə yetirməyə çağırır,” bəyanatda deyilir.

Bəyanatda BMT baş katibinin regionda davam edən bütün vasitəçilik səylərini dəstəklədiyi qeyd edilir.

Beynəlxalq ictimaiyyət sentyabrın 12-də gecə saatlarında Azərbaycan-Ermənistan sərhədində hərbi əməliyyatlarla bağlı xəbərləri dərin narahatlıq hissi ilə qarşılayıb.

NATO, ABŞ-ın ATƏT-dəki daimi nümayəndəliyi və Avropa İttifaqı Azərbaycan və Ermənistan sərhəddində hərbi əməliyyatlarla bağlı narahatlıqlarını ifadə edərək, döyüşlərin dərhal dayandırılmasına və gərginliyin azaldılmasına çağırıb.

Sentyabrın 12-də gecə saatlarında Azərbaycan-Ermənistan sərhədinin bəzi istiqamətlərində döyüşlərin başladığı bildirilir. Tərəflər döyüşlərin başlanılmasında bir-birini günahlandırır.

ABŞ dövlət katibi Antoni Blinken hər iki tərəfi “bütün hərbi əməliyyatları dərhal dayandırmağa” çağıraraq, münaqişənin hərbi yolla həllinin olmadığını bildirib.

Dövlət katibi Blinken sentyabrın 12-də gecə saatlarda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ayrı-ayrı telefon söhbəti zamanı Ermənistan-Azərbaycan sərhədində sərhəddə gərginliyi müzakirə edib və ABŞ-ın hərbi əməliyyatları dərhal dayandırmağa çağırdığını çatdırdığını qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG