Accessibility links

Azərbaycan yüzədək erməni hərbçisinin cəsədini Ermənistana verməyə hazır olduğunu bildirib


Hərbi təlimlər (Arxiv foto)
Hərbi təlimlər (Arxiv foto)

"Azərbaycan beynəlxalq humanitar hüquqa və humanizm dəyərlərinə sadiqliyini nümayiş etdirərək Ermənistanı atəşkəsə çağırır və cari ilin 12-13 sentyabrında Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribatın qarşısının alınması nəticəsində həlak olmuş 100-ə qədər Ermənistan hərbçisinin cəsədlərini birtərəfli qaydada qarşı tərəfə təhvil verməyə hazır olduğunu bildirir".

Bu barədə Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Komissiya bununla əlaqədar Beynəlxalq Qızıl Xaç Komitəsini məlumatlandırdığını bildirib.

Sentyabrın 12-də Azərbaycan-Ermənistan sərhədinin bəzi istiqamətlərində döyüşlər qeydə alınıb. Tərəflər döyüşlərin başlanılmasında bir-birini günahlandırır.

Sentyabrın 13-də Ermənistan Baş naziri Nikol Paşinyan parlamentin iclasında Ermənistan tərəfinin 49 hərbçisni ititdiyini və bunun son olmadığını deyib.

Azərbaycan Müdafiə Nazirliyi isə sentyabrın 14-də döyüşlərdə həlak olan hərbçilərinin fotolarını və adlarını açıqlayıb. Onların sayı 50 nəfərdir.

Bu, 2020-ci ilin noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin hərbi əməliyyatların dayandırılması ilə bağlı imzaladıqları bəynatla başa çatan 44 günlük müharibədən sonra Azərbaycan və Ermənistan arasında böyük insan itkisi ilə nəıticələnən ilk döyüşdür.

ABŞ dövlət katibi Antoni Blinken hər iki tərəfi "bütün hərbi əməliyyatları dərhal dayandırmağa" çağıraraq, münaqişənin hərbi yolla həllinin olmadığını bildirib.

Dövlət katibi Blinken sentyabrın 12-də Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ayrı-ayrı telefon söhbəti zamanı Ermənistan-Azərbaycan sərhədində gərginliyi müzakirə edib və ABŞ-ın hərbi əməliyyatları dərhal dayandırmağa çağırdığını qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG