Azərbaycanda "TikTok" sosial şəbəkəsi müvəqqəti olaraq bağlanıb.
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin sentyabrın 14-də yaydığı məlumatda deyilir ki, "TikTok" sosial şəbəkə resursunda 12-13 sentyabr döyüşləri haqqında ordunun uğurlarına kölgə salan, hərbi sirləri özündə əks etdirən, cəmiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi güdən məlumatlar yayımlanmaqdadır.
"Göstərilənlərlə əlaqədar "TikTok" sosial şəbəkəsinin fəaliyyətinin Azərbaycan ərazisində müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Dövlət Təhlükəsizliyi Xidməti vətəndaşlarımızı digər sosial şəbəkələrdə paylaşılan həqiqətə uyğun olmayan və ictimaiyyət arasında vahimə yaratmağa hesablanmış belə məlumatlara inanmamağa və yalnız dövlət qurumlarının rəsmi məlumatlarına istinad etməyə çağırır" , məlumatda qeyd edilir.