Accessibility links

Bakının azad edilməsinin 104-cü ildönümüdür


Sentyabrın 15-də Bakının eser-menşeviklərdən azad edilməsinin 104-ci ildönümüdür. Hər il olduğu kimi bu il də çoxsaylı insan "Türk şəhidliyi" abidəsi önünə gələrək onları anırlar.

1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Türkiyənin Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri azad edib. Bununla da 1918-ci il mayın 28-d elan edilən Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürülüb.

Tarixi məlumatlara görə, Türkiyə Ordusu Bakının azad olunması uğrunda hərbi əməliyyatlar zamanı 1130 hərbçisini itirib. Ümumilikdə isə Türkiyə Ordusu Azərbaycan uğrunda döyüşlərdə 5 minə yaxın hərbçisini itirdiyi barədə məlumatlar var.

Türkiyə Ordusunun Azərbaycanda hərbi əməliyyatlar keçirdiyi bölgələrdə 10-larla məzarlıqlar indi də qalmaqdadır. 1919-cu ilin sentyabrında Bakıda indiki Şəhidlər Xiyabanında türk hərbçilərinin xatirəsinin əbədiləşdirilməsi üçün abidənin özülü qoyulub, 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu abidənin inşasının başa çatmasına imkan verməyib.

Lakin Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa edəndən sonra Türkiyə hərbçilərinin şərəfinə 1999-cu ildə Şəhidlər Xiyabanında abidə ucaldılıb. Abidənin üzərində Bakı uğrunda döyüşlərdə həlak olan 1130 Türkiyə hərbçinin adı həkk edilib.

XS
SM
MD
LG