Accessibility links

Azərbaycan Müdafiə Nazirliyi son döyüşlərdə ölkənin daha 21 hərbçisinin həlak olduğunu açıqlayıb


Azərbaycan Respublikasının Müdafiə Nazirliyi
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi

Azərbaycan-Ermənistan sərhədinin bəzi istiqamətlərində sentyabrın 12-dən 14-dək davam edən döyüşlərdə hər iki tərəfdən ümumilikdə 176 hərbçinin həlak olduğu bildirilib.

Hazırda tərəflər atəşkəs rejiminə əməl edildiyini, döyüşlərin qeydə alınmadığını bildirir.

Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 15-də Ermənistanla sərhəddə son günlər baş verən döyüşlərdə daha 21 hərbçisinin həlak olduğunu açıqlayıb. Bununla da Azərbaycan Ordusnun son döyüşlər həlak olan hərbçilərinin sayı 71 nəfərə çatıb. Müdafiə Nazirliyi sentyabrın 13-də döyüşlərdə 50 hərbçisini itirdiyini bildirmişdi.

Sentyabrın 14-də Ermənistan Baş Naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib ki, son döyüşlərdə Ermənistan ordusu 105 nəfər hərbçisini itirib.

Bu arada Azərbaycan tərəfi yüzədək erməni hərbçisnin cəsədini birtərəfli qaydada Ermənistana təhvil verməyə hazır olduğunu bildirib.

Sentyabrın 12-də Azərbaycan-Ermənistan sərhədinin bəzi istiqamətlərində döyüşlər qeydə alınıb. Tərəflər döyüşlərin başlanılmasında bir-birini günahlandırır.

ABŞ dövlət katibi Antoni Blinken hər iki tərəfi "bütün hərbi əməliyyatları dərhal dayandırmağa" çağıraraq, münaqişənin hərbi yolla həllinin olmadığını bildirib.

Dövlət katibi Blinken sentyabrın 12-də Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ayrı-ayrı telefon söhbəti zamanı Ermənistan-Azərbaycan sərhədində gərginliyi müzakirə edib və ABŞ-ın hərbi əməliyyatları dərhal dayandırmağa çağırdığını qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG