Accessibility links

IBAHRI və Media Defense vəkil Elçin Sadıqovu azad etməyə çağırır


 Elçin Sadıqov və Əvəz Zeynallı (foto VOA-Türkan Bəşir)
Elçin Sadıqov və Əvəz Zeynallı (foto VOA-Türkan Bəşir)

Beynəlxalq Vəkillər Assosiasiyasının İnsan Hüquqları İnstitutu (IBAHRI)və Media Müdafiə Təşkilatı (Media Defence) insan hüquqları üzrə vəkil Elçin Sadıqov və jurnalist Əvəz Zeynallının barəsində qaldırılmış cinayət işlərindən narahat olduqlarını bildiriblər.

Bəyanatda deyilir ki, Sadıqovun həbs edilməsi üsulu və saxlanması ona qarşı tətbiq edilən prosedurların qanuniliyi, onların insan hüquqları sahəsində beynəlxalq standartlara uyğunluğu ilə bağlı ciddi narahatlıq yaradır.

“Onun evində və ofisində axtarış zamanı Sadıqovun müdafiə etdiyi şəxslərə aid materiallar, eləcə də elektron qurğular istintaq tərəfindən götürülüb. Bu materiallar peşəkar imtiyazla qorunur və ciddi insan hüquqları pozuntularına dair məxfi informasiyanı ehtiva edir. Bu material dərhal geri qaytarılmalıdır,” bəyanatda deyilir.

Sənəd müəllifləri qeyd edir ki, Elçin Sadıqova qarşı həyata keçirilən tədbirlər yeganə hal deyil, Azərbaycanda siyasətçilər, jurnalistlər, vəkillər və hüquq müdafiəçiləri daxil olmaqla tənqidi səslərin təqib olunması tendensiyasını əks etdirir.

Hüquq sistemindən sui-istifadə qurbanlarınn ziyanına olmaqla, Azərbaycanda insan hüquqlarının müdafiəsilə məşğul olan hüquqşünaslara qorxuducu təsir göstərir.

“Sadıqov dərhal azad edilməlidir, insan hüquqları sahəsində beynəlxalq standartlara uyğun olaraq onun hüquq və azadlıqlarına hörmət olunması təmin edilməlidir. Bundan öncə Avropa Şurasının insan hüquqları üzrə komissarının dediyi kimi, Azərbaycan hakimiyyəti “hüquq müdafiəçiləri və kütləvi informasiya vasitələri işçilərinin öz işlərini təhlükəsiz və sərbəst yerinə yetirməsini təmin etməlidir”, bəyanatda deyilir.

Bəyanatı IBAHRI direktoru baronessa Helena Kennedy K.K və Media Defense baş direktoru Alinda Vermeer imzalayıb.

Sentyabrın 11-də Bakının Binəqədi rayon Məhkəməsi jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqov barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçib.

Rəsmi m əlumata görə, toplanmış ilkin sübutlara əsasən Əvəz Zeynallı 311.3.3-cü və Elçin Sadıqov Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə təqsirləndirilən şəxs qismində ittiham elan edilib və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Əvəz Zeynallı və Elçin Sadıqov ittihamları qəbul etməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Slovakiyada baş nazir Fitsoya atəş açılıb, vəziyyəti ağırdır
please wait

No media source currently available

0:00 0:11:06 0:00
XS
SM
MD
LG