Accessibility links

ABŞ Prezidenti Co Bayden kraliça Elizabetin dəfn mərasimində iştirak edəcək


ABŞ Prezidenti Co Bayden və birinci xanım Cil Bayden Londondadır.

Bayden bazar ertəsi kraliça Elizabetin dəfn mərasimində iştirak etmək üçün Britaniyaya toplaşan yüzlərlə dünya lideri arasındadır.

Bayden və həyat yoldaşının Elizabetin cəsədinin çərşənbə günündən bəri yatdığı Vestminster Hall-da ehtiramlarını bildirmələri gözlənilir.

Elizabetin dəfn mərasiminə Avropanın kral ailələrinin üzvləri də qatılacaq.

Elizabetin oğlu Kral III Çarlz bazar günü İngiltərənin paytaxtına toplaşan bir çox hörmətli şəxslər üçün rəsmi dövlət qəbulu keçirir.

Britaniya vəliəhdinin 2018-ci ildə jurnalist Camal Qaşıqçının qətlinin sifarişçiliyində məsul olduğu güman edilən Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd Bin Salmana dəfn mərasiminə dəvət göndərməsi mübahisələrə səbəb olub.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG