Avropa İttifaqının icraçı direktoru korrupsiyaya görə Macarıstana təxminən 7,5 milyard avroluq maliyyənin dayandırılmasını tövsiyə edib. Bu, 27 ölkədən ibarət blokda qanunun aliliyini daha yaxşı qorumaq məqsədi daşıyan yeni sanksiya çərçivəsində ilk belə haldır.
Aİ iki il əvvəl on ildən çox hakimiyyətdə olan Baş nazir Viktor Orbanın məhkəmələri, medianı, qeyri-hökumət təşkilatlarını və elmi dairələriözünə tabe etməkdə, habelə geylər və qadınlar, miqrantların hüquqlarını məhdudlaşdıran Polşa və Macarıstanda demokratiyanın sarsıdılması ilə bağlı dediklərinə cavab olaraq yeni maliyyə sanksiyası tətbiq edib.
Aİ-nin büdcə komissarı Cohannes Han deyib: "Söhbət Aİ vəsaitlərinin istifadəsi və idarə edilməsinə xələl gətirən qanunun aliliyinin pozulmasından gedir. Biz Aİ büdcəsinin kifayət qədər qorunduğu qənaətinə gələ bilmərik".O, Macarıstanın dövlət satınalmaları ilə bağlı qanunlarındakı sistem pozuntularını, maraqların toqquşmasına qarşı kifayət qədər təminat verilmədiyini, effektiv təqibin zəifliklərini və digər anti-rüşvət tədbirlərində çatışmazlıqları vurğulayıb.
Han Komissiyanın Macarıstan üçün nəzərdə tutulan birləşmə fondlarının təxminən üçdə birinin blokun 2021-27-ci illər üçün ümumi 1,1 trilyon avro dəyərində ortaq büdcəsindən dayandırılmasını tövsiyə etdiyini deyib.Sözügedən 7,5 milyard avro ölkənin 2022-ci il üçün təxmin edilən ÜDM-nin 5%-ni təşkil edir. Aİ ölkələrinə indi təkliflə bağlı qərar vermələri üçün üç aya qədər vaxtı var.
Han Macarıstanın Aİ-nin tənqidlərini həll etmək üçün verdiyi son vədinin düzgün istiqamətdə atılmış əhəmiyyətli bir addım olduğunu, lakin blokun arxayınlaşmasından əvvəl hələ də yeni qanunlara və praktiki tədbirlərə əl atmalı olduğunu bildirib.
Orbanın hökuməti son həftələr Budapeştin təzyiqə məruz qalması ilə əlaqədar yeni anti-rüşvət agentliyi yaratmasını təklif edib.
Özünü liberal Qərbin dünya görüşünə qarşı "azadlıq döyüşçüsü" adlandıran Orban təxminən 10 milyon əhalisi olan keçmiş kommunist ölkəsi Macarıstanın Aİ-dəki digərlərindən daha korrupsiyalaşmış olduğunu inkar edir.
Komissiya eyni korrupsiya narahatlıqları ilə əlaqədar ayrı bir COVID iqtisadi bərpa stimulunda Macarıstan üçün nəzərdə tutulan təxminən 6 milyard avro vəsaiti artıq bloklayır.