Accessibility links

İranda gənc qadının polis nəzarətində ölümü ilə əlaqədar etirazlar fonunda Tehrana təzyiqlər artır


İranda gənc bir qadının polis nəzarətində öldürülməsindən sonra Tehrana təqizlər artır. BMT-nin insan hüquqları üzrə yüksək səviyyəli nümayəndəsi və iranlı millət vəkili faciə və bunun səbəb olduğu insan ölümülə ilə nəticələnən iğtişaşlarla əlaqədar ictimaiyyətə müraciət edib.

İran rəsmiləri ölkənin əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra 22 yaşlı Məhsa Əmininin Tehranda ölümünü “bədbəxt hadisə” kimi xarakterizə edib, lakin etirazların paytaxta və digər şəhərlərə yayıladığı vaxt onun ölümünün pis rəftardan qaynaqlandığı ilə bildirir.

Yerli və beynəlxalq hüquq qrupları, eləcə də İranın sərt dini rəhbərliyini tənqid edənlər insidentlə bağlı məsuliyyət tələb ediblər.

"BMT-nin İnsan Haqları üzrə Ali Komissarının səlahiyyətlərini icra edən Nada əl-Naşif bu gün Məhsa Əmininin həbsdə ölməsi və təhlükəsizlik qüvvələrinin etiraz aksiyalarına şiddətli reaksiyası ilə bağlı narahatlığını bildirib" deyə Nəşifin ofisi sentyabrın 20-də yaydığı məlumatda bildirib.

Azadlıq Radiosuna xəbər verən mənbələr bildirib ki, Sentyabrın 16-da həkimlər Kürdüstan əyalətinin sakini Məhsa Əmininin xəstəxanaya yerləşdirildikdən sonra komaya düşdüyünü və beyninin fəaliyyət göstərmədiyi üçün ölüb.

Hadisə onun Tehranda qadınlar üçün ciddi İslam geyim qaydalarını pozduğuna görə nəzarətə götürülməsindən üç gün sonra baş verib. Hadisə şahidləri jurnalistlərə bildirib ki, Məhsa Əminin polis maşının içərisində döyülüb.

İranın qərbində, etirazların ən intensiv olduğu bölgədə kürdlərin məskunlaşdığı əraziləri monitorinq edən Hengaw insan haqları təşkilatının məlumatına görə, Əminin ölümü ilə əlaqədar keçirilən etirazlarda ən azı dörd nəfər həyatını itirib.

XS
SM
MD
LG