Accessibility links

Həbsdə olan "Demokratiya 1918 Hərəkatı"nın sədri aclığa başlayıb


Əhməd Məmmədli, Demokratiya 1918 Hərəkatının sədri
Əhməd Məmmədli, Demokratiya 1918 Hərəkatının sədri

Sentyabrın 20-də inzibati qaydada həbsə məhkum edilən "Demokratiya 1918 Hərəkatı"nın sədri Əhməd Məmmədlinin aclığa başladığı bildirilir.

"Demokratiya 1918 Hərəkat"ının məlumatında deyilir ki, Məmmədli həbsini qanunsuz və siyasi sifariş hesab edir.

"O, həbsinə etiraz olaraq sentyabrın 20-dən aclığa başlayıb" , məlumatda qeyd edilir.

Daxili İşlər Nazirliyi bu məlumata hələ münasibət bildirməyib.

Senyabrın 20-də Bakının Səbail Rayon Məhkəməsi Məmmədlini İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) ilə təqsirli bilərək 30 sutka inzibati həbsə məhkum edib.

Hərəkatın sədri məhkəmənin önündən polis avtomobili ilə aparılarkən bildirib ki, o sülh çağırışlarına və İlham Əliyevi tənqidlərinə görə həbs olunub.

XS
SM
MD
LG