Accessibility links

Döyüşdə həlak olan hərbçinin qardaşının üzr videosu sosial şəbəkələrdə geniş etiraza səbəb olub


Döyüşdə həlak olan hərbçinin qardaşının üzr videosu sosial şəbəkələrdə geniş etiraza səbəb olub
please wait

No media source currently available

0:00 0:02:52 0:00

Azərbaycan və Ermənistan hərbçiləri arasında son döyüşlərdə həyatını itirən gizir Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov sentyabrın 16-da video-müraciət vasitəsiylə qardaşının rüşvət verərək vəzifə dəyişikliyinə getdiyi ilə bağlı dediklərini təkzib edib.

Sənan Əhmədov sentyabrın 14-də demişdi ki, qardaşı Səbuhi Əhmədovdan komando briqadasına qəbul olmaq üçün 6 min manat rüşvət alınıb və o həmin pulu bankdan kreditə götürərək verib. Müdafiə Nazirliyi bu iddianın araşdırılacağı bildirmişdi.

Onun təkzib videosunun yayılması birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri bu müraciətin məcbur edilərək yayıldığını iddia ediblər.

Bloger Mehman Hüseynov üzr videolarının qanunsuz olduğunu bildirir. Onun fikrincə, ölkədə hüquq işləmir deyə güc strukturları bu üsula əl atırlar.

"Şəhid qardaşının üzr videosu çəkilirsə, niyə korrupsioner məmurların üzr videosu çəkilmir? Biz bilirik ki, bu çəkilməyəcək, amma həmin o, korrupsioner məmurların üzr videosu çəkilsə belə bu yenə də qanunsuzluqdur, bu yenə də tərbiyəsizlik sayılır. Çünki ortada cinayət varsa, ortada cinayətkar varsa ona hüquqi qiymət verilməlidir. Bunun üçün məhkəmə var, prokurorluq var və cinayətkar öz cəzasını almalıdır, hüquqi müstəvidə".

İctimai fəal Bəxtiyar Hacıyev də "üzr" videolarının yayılmasını qanunsuz hesab edir və bunun vətəndaşların ləyaqətinin alçaldılmalmasına xidmət etdiyini deyir.

"İnsanlar da haqlı olaraq buna etiraz elədi, amma eyni zamanda insanları da düşündürməyə başladı ki, gərək zamanında biz sıravi insanların, deyək ki, avtoxuliqanların, maska cəriməsini ödəməyənlərin və yaxud pandemiya vaxtı maska taxmayan insanların efirə çıxarılması, video və foto yayılmasına sərt etiraz edərdik ki, belə bir mənzərə ilə qarşılaşmayaq. Bugünkü, son günlər gündəm olan etiraz kifayət qədər müsbət bir etirazdır, çünki bundan sonra əgər belə bir etirazlar olmasaydı biz bilməzdik ki, bundan sonra hansı addımları ata bilərdilər. Sabah şəhid anasına da belə video çəkdirə bilərdilər, insanları qəzəbləndirən belə bir addım ata bilərdilər. Ona görə də bu son videoya olan etirazlar kifayət qədər haqlı və əsaslı idi".

Azərbaycan Respublikası Müdafiə Nazirliyi isə gizir qardaşının təkzib videosunu görmədiyini və videonun nazirliyə aid olmadığını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG