Accessibility links

Bakı şəhər İcra Hakimiyyəti AXCP-nin aksiya keçirməsini məqsədəuyğun saymır


Azərbaycan Xalq Cəbhəsi Partiyasının qurultayı (Arxiv foto)
Azərbaycan Xalq Cəbhəsi Partiyasının qurultayı (Arxiv foto)

Bakı şəhər İcra Hakimiyyəti Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sentyabrın 30-da Milli Məclisin binası qarşısında askiya keçirməsini məqsədəuyğun hesab etmir.

“Sentyabrın 30-da Milli Məclisin inzibati binası qarşısında planşaldırdığınız toplantının keçirlməsini məqsədəuyğun hesab etmirik,” Bakı şəhər İcra Hakimiyyətinin sentyabrın 26-da aksiyanın təşkilatçılarına cavab məktubunda bildirilir.

Aksiyanın təşkilatçılarından AXCP Rəyasət Heyətinin üzvü Vahid Məhərrəmli Amerikanın Səsinı bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti cavab məktubunda aksiyanın keçirilməsinə yox demir, sadəcə tədbirin keçirilməsini məqsədəuyğun hesab etmir.

“Belə halda nəzərdə tutulmuş aksiyanı keçirməklə bağlı qərar vermək bizim konstitusion hüqüqumuzdur,” o qeyd edib.

AXCP Rəyasət Heyətinin üzvləri Nurəddin Məmmədli, Vahid Məhərrəmli, İlham Hüseyn və Saqif Qurbanov sentyabrın 30-da Milli Məclisin binası qarşısında aksiya keçirəcəkləri ilə bağlı sentyabrın 21-də Bakı şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu göndərib.

Aksiyanın siyasi partiyalar haqqında yeni mürtəce qanun layihəsinə etiraz, siyasi məhbuslara azadlıq, azad seçki, ölkədə demokratik dəyişikliklər, sərhədlərin açılması və Rusiyada yaşayan soydaşların təcili olaraq vətənə qayıdışının təşkil edilməsi tələbi ilə keçiriləcəyi bildirilib.

XS
SM
MD
LG