Accessibility links

Almaniyadan deportasiya olunan fəallardan daha birinə hökm oxundu - Malik Rzayev 7 il müddətinə azadlıqdan məhrum edildi


Sentyabrın 28-də Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. Hökmə əsasən, Malik Rzayev satış məqsədilə külli miqdarda narkotik maddə əldə etmə, saxlamaqda təqsirli sayılıb.

Hakim Malik Rzayevi CM-nin 234.4.3-cü maddəsilə 7 il azadlıqdan məhrum etmə cəzası təyin edib.

Vəkil Nemət Kərimli açıqlamasında bildirib ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsininin qərarından apellyasiya şikayəti veriləcək.

Ötən ilin oktyabr ayından Almaniyadan Azərbaycana readmissiya olunan beş fəal - Mütəllim Orucov, Malik Rzayev, Pünhan Kərimli, Cəfər Mirzəyev və Samir Aşurov müxtəlif səbəblərlə həbs olunublar.

Onlardan biri - AXCP üzvü Pünhan Kərimliyə iyulun 27-də narkotik ittihamı ilə 6 il həbs cəzası kəsilib. Digərlərinin məhkəməsi davam edir.

2014-cü ildə "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" saziş imzalanıb. Saziş imzalanan gündən indiyə qədər 2013 nəfərin readmissiyası artıq baş tutub və daha 2147 nəfərin readmissiyası gözlənilir.

Dövlət Miqrasiya Xidməti bildirir ki, 2021-ci ildə ölkəyə qaytarılan 420 şəxsdən 39 nəfəri Almaniyadan qaytarılıb.

Lakin Daxili İşlər Nazirliyi Almaniyadan readmissiya olunanın siyasi sifarişlə həbs olunduqları ilə bağlı iddialarını təkzib edir.

Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyindən Amerikanın Səsinə bildirilib ki, onlar insanların etiraz etmək hüququnu tanıyırlar, lakin bununla bağlı hər hansı mövqe bildirə bilməzlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG