Accessibility links

İranın Azərbaycandakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçirilib


Sentyabrın 29-da bir qrup fəal İranın Azərbaycandakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçirib. Aksiya iştirakçıları İranda baş verən son hadisələrdə insanların öldürülməsinə, qadın hüquqlarının pozulmasına etiraz bildirib, xalqların azadlıq hərəkatını dəstəkləyib.

Aksiyada "Cənubi Azərbaycana azadlıq!", "Molla rejimi rədd olsun!", "Fars rejimi rədd olsun!", "Ölüm olsun İrana!", "Diktator rədd olsun!", "Molla rejimi qətliamı dayandır!" , "Azadlıq, ədalət! , "Milli Hökümət!", “İran rejimi məhv olmalıdır!” kimi şüarlar səsləndirilib.

"Molla rejimi 43 ildir İran hakimiyyətini qəsb edib. Yüz minlərlə insanı qətlə yetirib. Qonşu ölkələrlə xoş münasibətləri yoxdur. İndi də İranda millətləri qırırlar. Biz İrandakı azadlıq hərəkatına dəstək üçün buraya gəlmişik" , aksiya iştirakçılarından biri deyib.

"Güney Azərbnaycan ayağa qalxmalıdır. İrandakı azərbaycanlılar azad olmalıdır. Fars-molla rejimi yıxılmalıdır. İranda yaşayan bütün xalalara səslənirəm ki, ayağa qalxsınlar" , Kamran adlı digər etirazçı bildirib.

Aksiya iştirakçılarının bəyanatında deyilir ki, İranın totalitar-dini rejimi bu ölkədə yaşayan bütün xalqlar, insanlar üçün təhlükədir.

"İranın totalitar-molla rejimi insanların dini-etiqad azadlığına, özünü ifadə azadlığına, şəxsi həyatın toxunulmazlığına, fərdi azadlıqlara hörmət etmir. Bu dini rejim azadlıq tələb edən insanlara qarşı ən amansız üsullardan istifadə edir. Hətta aksiya iştirakçılarını öldürməkdən, güllələməkdən belə çəkinmir. Hakimiyyətdə olanların öz qızları Avropada, Amerikada alt paltarlarında əcnəbi oğlanlarla fotolar çəkdirib kef edərkən İranda hansısa bir sıravi qadının saçının bir telinin görünməsinə görə onu qətlə yetirirlər. Bütün bəşəriyyət və insanlıq üçün təhlükə və üz qarası olan saxtakar molla rejimi yıxılmalıdır" , sənəddə qeyd edilir.

Bəyanatda bildirlir ki, başda Güney Azərbaycan olmaqla İranda yaşayan xalqlar daim alçaldılmalara məruz qalır.

"İslamçılıqdan, şiəlikdən danışan İran böyük çoxluğu şiə kimliyi daşıyan Azərbaycana yox, xristian Ermənistana dəstək verir. Hətta irəli gedərək öz dindar molla libasına bürünmüş casuslarını Azərbaycanda ara qarışdırmaq, terror törətmək və vətəndaş müharibəsi yaratmaq üçün səfərdər edib. İran Orta Doğuda da öz çirkin əməllərindən əl çəkmir. Hizbullah, Həmas kimi terror təşkilatlarını maliyyələşdirir. İran dünyada terrorizmə sponsorluq edən nadir ölkələrdən biridir. Ona görə İranın dini rejimi bütün bəşəriyyət üçün ciddi təhlükədir. Biz İranda yaşayan bütün xalaqların bu rejimdən qurtulmasını, azad olmasını istəyirik,” bəyanatda qeyd edilir.

Aksiya insidentsiz başa çatıb. Polis səfirliyin binasını mühafizə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG