Accessibility links

Əbhər aksiyalarında saxlanılan 3 etirazçı Zəncan həbsxanasına göndərilib


Səidə Muradi, Əli Məqsudi və Əlirza Rəzəvi
Səidə Muradi, Əli Məqsudi və Əlirza Rəzəvi

Hüquq müdafiəçiləri Zəncan vilayətinin Əbhər şəhərində keçirilən etirazlar ilə əlaqədar keçən həftə nəzarət altına alınan üç nəfərin adlarını açıqlayıb.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinin xəbərinə əsasən, Əbhər şəhərinin sakinləri Səidə Muradi, Əli Məqsudi və Əlirza Rəzəvi sentyabrın 22-də İranın kəşfiyyat qüvvələri tərəfindən saxlanılıblar.

Agentlik 3 etirazçının Zəncanın Səfərabad həbsxanasına göndərildiyini bildirib.

Gənc qadın Məhsa Əmininin sentyabrın 16-da Tehranda əxlaq polisinin nəzarətində ikən ölümündən sonra İran Azərbaycanı daxil olmaqla, ölkənin müxtəlif vilayətlərində baş qaldıran kütləvi aksiyalarda onlarla etirazçı öldürülüb.

Hüquq müdafiəçiləri aksiyalar ilə əlaqədar İran Azərbaycanında yüzlərlə vətəndaşın saxlanıldığını deyirlər. Amerikanın Səsinə danışan hüquq müdafiəçisi Jalə Təbrizli də Təbriz kimi şəhərlərdə aksiyalar zamanı yaralanan bir çox etirazçının nəzarət altına alınaraq hərbi xəstəxanalara yerləşdirildiyini bildirib.

XS
SM
MD
LG