Oklahoma Milli Qvardiyasının Dövlət Tərəfdaşlıq Proqramı ötən həftə Azərbaycan Müdafiə Nazirliyinin üç zabitini Kiber Müdafiə Əməliyyatları sahəsində hərbi bilik mübadiləsi aparmaq üçün Oklahoma şəhərində qəbul edib.
Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, zabitlər ABŞ-da olarkən strategiyanı və təcrübələri müzakirə etmək üçün mülki şəxslər və hərbçi həmkarları ilə görüşlər keçirib.