Accessibility links

Bakıda “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinə etiraz olaraq keçirilən aksiyada saxlanılanlar sərbəst buraxılıb


 AXCP siyasi partiyalar haqqında yeni qanun layihəsinə qarşı etiraz edir. Aksiya Parlamentin binası qarşısında keçirilib.
AXCP siyasi partiyalar haqqında yeni qanun layihəsinə qarşı etiraz edir. Aksiya Parlamentin binası qarşısında keçirilib.

Sentyabrın 30-da müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyası Milli Məclisin qarşısında “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinə etiraz olaraq aksiya keçirib. Bundan başqa aksiya Bakının müxtəlif yerlərində qrup şəklində olub.

Amerikanın Səsinin müxbirinin məlumatına görə, Milli Məclisin binasına yaxın ərazilərdə polis etirazçıların qarşısını kəsib. Onlarla fəal polis tərəfindən saxlanılıb. Aksiya iştirakçıları “Azad seçki!”, “İstefa!” “Azadlıq!”, “Diktaturaya son!”, “Siyasi Partiyalar haqqında” yeni qanun layihəsinin ləğvi!”, "Siyasi məhbuslara azadlıq!" şüarları səsləndiriblər.

AXCP siyasi partiyalar haqqında yeni qanun layihəsinə qarşı etiraz edir. Aksiya sentyabırn 30-da Parlamentin binası qarşısında keçirilib.
AXCP siyasi partiyalar haqqında yeni qanun layihəsinə qarşı etiraz edir. Aksiya sentyabırn 30-da Parlamentin binası qarşısında keçirilib.

Aksiyadan əvvəl də Xalq Cəbhəsi Partiyasının bir sıra fəalları saxlanılıb. Saxlanılanlar arasında Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu, AXCP-nin sədr müavini Seymur Həzi, Partiyanın Rəyasət Heyətinin və digər rəhbər orqanlarının üzvləri Rövlən Səfərli, Bəxtiyar İmanov, Faiq Nağıyev və Müşfiq İmamquliyev də olub.

Etiraz aksiyasından öncə və aksiyanın gedişində saxlananların hamısının sərbəst buraxıldığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna müxalif partiyalardan məlumat verilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev də “Turan” Agentliyinə bildirib ki, aksiyaya cəhdlə bağlı saxlanılan yoxdur, hamı sərbəst buraxılıb.

Daxili İşlər Nazırliyi daha öncə Tofiq Yaqublunun saxlanıldığını da təsdiqləyib.

Elşad Hacıyev jurnalistlərə bildirib ki, Tofiq Yaqublu razılaşdırılmayan aksiyaya çağırış etdiyinə görə saxlanılıb və müvafiq araşdırma aparılır. O, Tofiq Yaqublunun araşdırma başa çatan kimi sərbəst buraxılacağını bildirib.

Daha sonra isə Tofiq Yaqublunun qızı Nigar Həzi onun sərbəst buraxıldığına dair məlumat yayıb.

Daxili İşlər Nazirliyi
Daxili İşlər Nazirliyi

AXCP Rəyasət Heyətinin üzvləri Nurəddin Məmmədli, Vahid Məhərrəmli, İlham Hüseyn və Saqif Qurbanov sentyabrın 30-da Milli Məclisin binası qarşısında aksiya keçirəcəkləri ilə bağlı sentyabrın 21-də Bakı şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu göndərib.

Aksiyanın siyasi partiyalar haqqında yeni mürtəce qanun layihəsinə etiraz, siyasi məhbuslara azadlıq, azad seçki, ölkədə demokratik dəyişikliklər, sərhədlərin açılması və Rusiyada yaşayan soydaşların təcili olaraq vətənə qayıdışının təşkil edilməsi tələbi ilə keçiriləcəyi bildirilib.

Bakı şəhər İcra Hakimiyyəti Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sentyabrın 30-da Milli Məclisin binası qarşısında askiya keçirməsini məqsədəuyğun hesab etməyib. Öz növbəsində Daxili İşlər Nazirliyindən də aksiyaya icazə verilməyəcəyi bildirilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG