Accessibility links

Türkiyə-Yunanıstan münasibətləri Kipr və Egey adaları səbəbilə gərgindir


Belə görünür Yunanıstan və Türkiyə arasında ikiyə bölünmüş Kipr adası ilə bağlı gərginlik artır. Türkiyə Vaşinqtonun Kiprin yunan administrasiyasına qarşı silah embarqosunu ləğv etməsinə cavab olaraq, adada hərbi mövcudluğunu artırdığını bildirib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu cümə günü ABŞ-ı Yunanıstana qarşı mövqeyinə görə tənqid edərək, onun Kipr mübahisəsində Afinanın oyuncağına çevrildiyini deyib.

O, sırf yunanları razı salmaq üçün onların yanında olanların Türkiyədən dostluq gözləməməli olduğunu bildirib.

Bu həftənin əvvəlində Çavuşoğlu Vaşinqtonun Kiprin yunan administrasiyasına qarşı silah embarqosunu ləğv etməsindən sonra Türkiyənin Kiprdəki hərbi mövcudluğunu artıracağını açıqlamışdı.

Aralıq dənizində yerləşən ada 1974-cü ildən yunan və türk icmaları arasında bölünüb. Kiprin yunan administrasiyası beynəlxalq səviyyədə tanınan yeganə hökumətdir.

ABŞ-ın Dövlət Departamentinin sözçüsü Ned Prays Vaşinqtonun bu addımını Afinanın Egey dənizindəki Yunan adaları ilə bağlı Ankara ilə artan gərginliyi fonunda Yunanıstana dəstək kimi qələmə verib.

"Yunanıstanın bu adalar üzərindəki suverenliyinə dair sual yoxdur." Lakin biz ölkələri, eləcə də müttəfiqlərimizi ərazi bütövlüyünə və suverenliyə hörmət etməyə və gərginliyi alovlandıran hərəkətlərdən çəkinməyə çağırırıq” Prays deyib.

Ankara Yunanıstanın Türkiyə sahillərinə yaxın olan bəzi adalarını hərbiləşdirməsini pisləyib və bunun beynəlxalq razılaşmanı pozduğunu iddia edib. Afina israr edir ki, o, sadəcə olaraq öz ərazilərini Türkiyənin təhdidlərindən qoruyur.

Türkiyə ilə Yunanıstan arasında gərginlik yeni məsələ deyil. 1996-cı ildə iki ölkə kiçik, insan yaşamayan bir adaya görə müharibə həddinə çatmışdı. Vaşinqtonun müdaxiləsi nəticəsində bu böhranın qarşısı alınmışdı.

Ancaq Türkiyə Yunanıstanın adalarını hərbiləşdirmək üçün ABŞ-ın verdiyi silahlardan istifadə etdiyini dediyi bir vaxt, müşahidəçilər Vaşinqtonun dürüst vasitəçi statusunun sual altında olduğunu deyirlər.

Brukinqs İnstitutunun əməkdaşı Aslı Aydıntaşbaş ölkələrin müharibə etməyə yaxın olduğundan narahatlığını dilə gətirib.

"Düşünürəm ki, bu əhəmiyyətlidir və potensial olaraq çox təhlükəlidir," o deyib.

XS
SM
MD
LG