Accessibility links

İsrail qüvvələri tərəfindən fələstinli yeniyetmə öldürülüb


İsrail qüvvələri şənbə günü işğal altındakı İordan çayının qərb sahilində bir qrup gəncin İsrailin ayırma səddini deşərək polisə əşyalar atmağa başlamasından sonra bir fələstinli yeniyetməni güllələyərək öldürüb.

Atışma Qüdsün kənarında yerləşən Azariya kəndində baş verib və 2015-ci ildən bəri İordan çayının qərb sahilində ən ölümcül il olan son zorakılığa damğasını vurub.

Bu arada Qəzza zolağında hakim Həmas silahlı qruplaşmasının minlərlə tərəfdarı toplaşdı. Yəhudilərin yüksək bayram mövsümündə Qüdsdəki Əl-Əqsa məscidi ilə həmrəylik nümayiş etdirmək məqsədi daşıyan nümayişin futbol stadionunda keçirildiyi bildirilir. Sosial şəbəkələrdə paylaşılan həvəskar videoda bir qrup maskalı gəncin uca beton maneənin qarşısına toplaşaraq zorla qapıdan keçərkən şüarlar səsləndirdiyi görünür.

Fələstin Səhiyyə Nazirliyi ölən gəncin 18 yaşlı Fayez Damdoum olduğunu açıqlayıb. İsrail səddini təxminən 20 il əvvəl, hücumçuların İsrailə girməsinin qarşısını almaq üçün təhlükəsizlik tədbiri olduğunu deyərək inşa edib.

İsrail 1967-ci ildə Yaxın Şərq müharibəsində İordan çayının qərb sahilini və şərqi Qüdsü ələ keçirib. Fələstinlilərin gələcək dövlət kimi gördükləri iki bölgədə hazırda təxminən 700 min israilli köçkün yaşayır.

Şənbə günü baş verən qətl gərginliyin artdığı bir vaxta təsadüf edib. İsrail keçən ilin yazında fələstinlilərin İsrail daxilində bir sıra ölümcül hücumlarından sonra İordan çayının qərb sahilində, əsasən də şimaldakı Cenin və Nablus şəhərlərində hərbi fəaliyyətini gücləndirib.

Qəzzada minlərlə insan şənbə günü keçirilən "Əl-Əqsa təhlükədədir" adlı mitinqə qatılıb.

Həmasın siyasi bürosunun üzvü Ravhi Müştəbaha deyib ki, İsrailin tətbiq etdiyi əməllər İslamda üçüncü ən müqəddəs məkan olan məscidi təhlükə altına alır.

XS
SM
MD
LG