Accessibility links

Təbriz Universiteti tələbələrinin etiraz aksiyası sərt şəkildə yatırılıb


Təbriz Universitetində etiraz aksiyası keçirilib
Təbriz Universitetində etiraz aksiyası keçirilib

Təbriz Universitetinin tələbələri oktyabrın 1-də Universitet kampusunda etiraz aksiyası keçirib, lakin bu aksiya İran rejiminin repressiv qüvvələrinin sərt müdaxiləsi ilə qarşılanıb.

Amerikanın Səsinin əldə etdiyi xəbərlərə görə, Təbriz Universitetinin tələbələri İranda etirazların 15-ci günündə oktyabrın universitet kampusunda etiraz aksiyası keçirib.

Aksiya zamanı tələbələr türk dilində “Azadlıq, ədalət, milli hökumət”, “Azərbaycan öz yolunu tapıbdır səltənəti vilayəti atıbdır”, “Biz ölməyə hazırıq Babəkin sərbazbıyıq (əsgəriyik)” və “Azərbaycan milləti çəkəməz bu zilləti” şüarları səsləndiriblər.

Təbriz Universiteti tələbələrinin etiraz aksiyasında səslənən şüarlar arasında həmçinin “qadın, yaşam, azadlıq”, “İslam Respublikası istəmirik, istəmirik” kimi şüarlar da olub.

Hüquq müdafiəçilərinin sosial şəbəkələrdə yaydıqları məlumatlara görə, universitetin təhlükəsizlik qüvvələri universitetin qapılarını bağlayıb və tələbələrin universitet şəhərciyinə daxil olması və çıxışına mane olub. Lakin etiraz edən tələbələr universiteti tərk etmək üçün universitetin qapısına gedib və əsas qapını aça biliblər.

Sosial şəbəkələrdə yayılan videolardan görünür ki, təhlükəsizilk qüvvələrinin universitetin qapısı qarşısında tələbələrə qarşı plastik güllələrdən istifadə edib, habelə dəyənəklə tələbələri döyərək dağıtmağa cəhd ediblər.

Yayımlanan videolarda repressiv qüvvələr tərəfindən tələbələrdən birinin başına plastik güllə vurduğu müşahidə edilir.

Universitetdə aksiya zamanı tələbələrdən birinin dediyinə görə, təhlükəsizlik qüvvələri kəşfiyyat dronundan istifadə edərək tələbələrin toplanmasına nəzarət edirdi.

Təbriz Universitetinin etiraz aksiyasında yaralanan və həbs olunan tələbələrinin sayı ilə bağlı hələ də dəqiq məlumat yoxdur.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Aleksey Navalnı ilə vidalaşıb
please wait

No media source currently available

0:00 0:13:15 0:00
XS
SM
MD
LG