Accessibility links

Əfqanıstan Milli Musiqi İnstitutunun yeni vətənində ilk konserti

Əfqanıstan Milli Musiqi İnstitutunun yeni vətənində ilk konserti
please wait

No media source currently available

0:00 0:03:13 0:00

Əfqanıstan Milli Musiqi İnstitutunun yeni vətənində ilk konserti

Əfqanıstan Milli Musiqi İnstitutu ilk konsertini Portuqaliyanın Lissabon şəhərindəki yeni evində verib. Məktəbin mühacirətdə olan üzvləri vətənlərində ifa edə bilməsələr də, əfqan musiqisini yaşatmağa qərarlıdırlar.

Bir ildən artıqdır ki, səssiz qalan Əfqanıstan Milli Musiqi İnstitutu indi Portuqaliyanın Lissabon şəhərində yenidən fəaliyyətə başlayıb.

Orkestrin əfqan milli mahnılarını ifası bəzi əfqan tamaşaçılarının göz yaşlarına səbəb olub.

"Dövlət himnimizi eşidəndə çox sevindik. Biz hamımız dostuq. Biz [duyğularımızı] idarə edə bilmədik və ağladıq" - deyə, qaçqın Səid Ənvər Haşimi bildirib.

Tamaşaçı əfqanlar məmnun və qürurlu idilər.

"Mən bir əfqan kimi bu gün çox şadam ki, mən öz əfqan soydaşlarımı Avropa ölkələrinin birində bu nailiyyətlə görürəm" , Mürvarid Nazif deyib.

Ötən il Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra Taliban ciddi məhdudiyyətlər, o cümlədən musiqiyə qadağa tətbiq edib.

Lissabonda tamaşadan əvvəl Amerikanın Səsinin "Cəsarət Simfoniyası" sənədli filminin nümayişində Amerikanın Səsinin direktoru vəzifəsini icra edən Yolanda Lopez deyib ki, musiqi qadağası Əfqanıstanda azadlıqlara qarşı daha geniş basqının bir hissəsidir.

"Kabildə musiqi yaratmaq, ifa etmək və həzz almaq azadlığının itirilməsi Əfqanıstanda Amerikanın Səsi ilə hər gün mübarizə apardığımız başqa bir azadlığı, söz azadlığını və indi Əfqanıstan xalqının məlumat, xəbər və musiqi aclığını əks etdirir".

Musiqi İnstitutunun 270-dən çox tələbəsi, müəllim və işçi heyəti Əfqanıstandan azad və açıq cəmiyyətdə öz musiqilərini ifa edə biləcəkləri Lissabona təxliyə edilib.

Portuqaliyanın Xarici İşlər Naziri deyib ki, institut "əfqan mədəniyyətini ən yaxşı şəkildə" təmsil edir və ölkəsi ona ev sahibliyi etməkdən "çox qürur duyur".

"Biz bilirik ki, bir gün Əfqanıstanda musiqinin yenidən səsləndirilməsi mümkün olacaq və bunun üçün bu mövzunu Portuqaliyada yaşatmaq lazımdır. Biz buna töhfə verməkdən qürur duyuruq” - deyə, Portuqaliyanın Xarici İşlər Naziri Jua Qomez Kravinho bildirib.

Məktəbin müəllim və tələbələri əfqanları təmsil etməkdə qərarlı olduqlarını deyirlər.

"Əfqanıstanda olanların səsi olan biri olduğum üçün özümü çox xoşbəxt və şanslı hiss edirəm" , musiqiçi Şükufə Xan bildirib.

İnstitut əfqan musiqisini tanıtmaq və Əfqanıstan xalqına ümid vermək üçün xaricdə konsertlər verməyi planlaşdırır.

XS
SM
MD
LG