Accessibility links

İlon Maskdan Ukrayna ilə bağlı mübahisəli tvit


Milyarder iş adamı İlon Maskın Twitter sosial şəbəkəsində Rusiya-Ukrayna müharibəsi ilə bağlı paylaşımları müzakirələrə səbəb olub.

Mask Twitter hesabında Ukrayna-Rusiya sülhünün bərqərar olması variantları kimi "bəli" və ya "xeyr" cavablarını təklif etdiyi sorğuda belə bir fikir irəli sürüb: "İlhaq edilmiş bölgələrdə BMT-nin nəzarəti ilə yenidən seçkilər keçirilməlidir. Xalqın iradəsi bu istiqamətdə olsa, Rusiya gedər. Krım 1783-cü ildən (Xruşşovun səhvinə qədər) olduğu kimi rəsmi olaraq Rusiyanın bir hissəsi olub. Krıma su təchizatı təmin olunub. Ukrayna bitərəf qalır".

Mask bunun müharibənin nəticəsi olma ehtimalının yüksək olduğunu yazaraq, o vaxta qədər daha nə qədər insanın öləcəyini və mümkün nüvə müharibəsinin də baş vermə ehtimalının olduğunu bildirib.

Ukraynalıların kəskin reaksiyası ilə üzləşən Mask daha sonra növbəti tvit atıb. "Onda gəlin bunu sınayaq: Donbas və Krımda yaşayan insanların iradəsi ilə bu yerlərin Rusiyanın, yoxsa Ukraynanın bir hissəsi olacağına qərar verilməlidir" - deyə, "bəli" və "xeyr" variantlarını qoyub.

İlon Mask paylaşıb ki, "Rusiyanın əhalisi Ukraynadan 3 dəfə çoxdur, ona görə də Ukraynanın hərtərəfli müharibədə qalib gəlməsi ehtimalı azdır. Əgər Ukrayna xalqını düşünürsünüzsə, sülh axtarın".

Maska reaksiya verənlərin ilk sıralarında Ukrayna prezidenti Vladimir Zelenski olub. Zelenski Tvitter hesabında Maskı işarələyib: "Hansı @elonmuskı daha çox bəyənirsiniz?" Biri Ukraynanı, digəri Rusiyanı dəstəkləyir", o yazıb.

Litva Prezidenti Gitanaz Nauseda da Tvitter hesabında yazıb: "Hörmətli @elonmusk, kimsə Tesla-nın təkərlərini oğurlamağa çalışdıqda, bu, onları avtomobilin və ya təkərlərin qanuni sahibi etmir. Hər ikisinin lehinə səs verdiklərini iddia etsələr də. Sadəcə deyirəm".

Ukraynanın Berlindəki səfiri Andriy Melnık Maskın sülh planına sərt reaksiya göstərərək Maska təhqiramiz tvit atıb.

XS
SM
MD
LG