Accessibility links

Yasəmən Qaraqoyunlu: İranda bütün qadınlar basqıdan yorulub və bezib. Rejimin dəyişdirilməsini istəyir


Yasəmən Qaraqoyunlu: İranda bütün qadınlar basqıdan yorulub və bezib. Rejimin dəyişdirilməsini istəyir
please wait

No media source currently available

0:00 0:08:33 0:00

Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun əməkdaşı Yasəmən Qaraqoyunlu Amerikanın Səsinə müsahibəsində İrandakı etirazların İran Azərbaycanında yaşayan qadınların hüquqlarına təsirlərindən danışıb.

Amerikanın Səsi: İran Azərbaycanında qadınların etiraz aksiyası onların azadlıq hüquqlarının bərpasına hansı töhfələr verə bilər?

Yasəmən Qaraqoyunlu: İran Azərbaycanında görürsünüz ki, artıq qadınlar ayaqdadır. Ümumiyyətlə İranda hər bir qadın devrimçidir. Hər bir qadın feministdir. Hətta mən son illərdə Avropaya mühacir etmiş İran Azərbaycanından olan soydaşlarımızla görüşürəm. Mən baxdım ki, onların ailədə öz həyat yoldaşları, öz ailəiçi münasibətlərində qadın əsla əzilmir. Mən bunun səbəbləri ilə çox maraqlandım. Bunun ilk səbəbi rejimdən qaynaqlanır. Rejim öz ideoloji görüşlərini zorla topluma qəbul etdirir. Yəni siyasi islamı insanlara zorla qəbul etdirmək. Öz ideologiyasını inqilab keşikçiləri vasitəsilə, rejimin güc strukturu olan polis sistemi ilə zorla toplumun ən aktiv təbəqəsi-qadınlara qəbul etdirməsi, şəriət qanunlarını qadınlara zorla qəbul etdirməsi hər bir qadında daxili etiraz doğurmuşdu. Hər bir qadın bu basqılardan dolayı devrimçidir. Bu bir gün mütləq şəkildə partlaq verəcəkdi. Əxlaq polisi tərəfindən Məsiha Amaniyə olan o basqı o partlamanı yaratdı. Bir gün bu onsuz da olacaqdı. Bu baş verən olaylar göstərdi ki, bütün qadınlar bu basqıdan yorulub və bezib. Rejimin dəyişdirilməsini istəyir.

Amerikanın Səsi: İran Azərbaycanında qadın hərəkatının durumunu necə qiymətləndirirsiniz? Ölkənin siyasi rəhbərliyi qadın hərəkatının təkliflərini qismən də olsa təmin edə bilərmi?

Yasəmən Qaraqoyunlu: İran Azərbaycanında qadın hərəkatı həmişə olub. 1905-1907-ci illər Məşrutə inqilabında da, qadınlar Məşrutə hərəkatı savaşının ön planlarında olub. Qadınlar həmişə İranda liberallaşma, yenilənmə, ədalət, azadlıq hərəkatlarının önünüdə gedib. İran Azərbaycanında da azadlıq, demokratiya və insan haqları, milli maariflənmə yönümündə mübarizənin önündə gedib. Bu gün İran Azərbaycanında qadınlar çox aktivdir. Bu gün bu qadınlar bu rejimə qarşı öz şeirləri, elmi əsərləri və feminist təşkilatlarda birləşmələri və konfranslarda çıxışları ilə çox aktiv rol oynayırlar. Bu gün İran Azərbaycanındakı qadın həm ədalət, həm demokratiya, həm azadlıq, fərdin hüquqları, vicdan azadlıqları, dini baxış, hürriyyət uğrunda mübarizə aparırsa həm də öz əzilən milli haqları uğrunda mübarizə aparır. Ona görə İran Azərbaycanındakı qadın hərəkatı həm də bir milli hərəkatdır. Qadınlar həmin hərəkatın ön sıralarında yer alır. Hal-hazırda bu hərəkat rejimin dəyişilməsinə qədər gətirib çıxara bilər. Qadınlar və gənclər hərəkatın önünüdədir. Ümumiyyətlə dünyada hər hansı bir hökümət və yaxud rejim, ideologiya ölkədəki qadın və gənclərin hüquqlarını qorumursa, onların azadlıqlarını qorumursa və onların gələcəyinə təminat vermirsə o rejimlər mütləq şəkildə dəyişir. İranda gənclər və qadınlar bu rejimə qarşı mübarizə aparır. Bu rejim ya dəyişəcək, ya da demokratikləşmə və liberallaşma yönümündə İran içərisində siyasi elitada bir sıra çox radikal dəyişkliklər olacaq.

Amerikanın Səsi: Azərbaycan Respublikasındakı hüquq müdafiə təşkilatları, o cümlədən qadın hüquqları ilə məşğul olan təşkilatlar İran Azərbaycanında və bütövlükdə İranda qadın hərəkatına dəstək verirmi?

Yasəmən Qaraqoyunlu: Mən çox təəssüf hissi keçirəm ki, bu sualınıza mənfi cavab verəcəm. Azərbaycan insan haqları təşkilatları İrandakı qadın hərəkatlarına dəstək vermir. Onlarla qarşılıqlı bağların olduğunu ən azı mən mediada görmürəm. Bu hərəkat toplum içinə, mediaya çıxmır. Ümumiyyətlə İranda insan haqlarını müdafiə edən təşkilatlar, qadın hərəkatları ilə Azərbaycan qadın hüquqlarını müdafiə edən təşkilatlar arasında bəlkə də əlaqələr var. Amma bu iki toplumun arasındakı problemlər çox ciddi konfranslar, münasibətlər çərçivəsinə gəlib çıxmayıb. Bu gün Azərbaycanda qadınların hüquqlarını müdafiə edən qurumlar İranda qadın hüquqlarına açıq şəkildə dəstək vermir.

XS
SM
MD
LG