Accessibility links

Azərbaycan və Türkiyə Hərbi Dəniz Qüvvələri birgə təlim keçirir


Türkiyənin Marmaris şəhərində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin dəniz xüsusi taborlarının sualtı hücum və sualtı müdafiə bölmələri ilə Türkiyə Hərbi Dəniz Qüvvələri xüsusi təyinatlı bölmələri birgə təlim keçir.

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, Aksaz dəniz bazasında keçirilən təlimdə hər iki ölkənin hərbi qulluqçuları quru və dəniz taktikalarının işlənməsi, partlamamış döyüş sursatlarının və dəniz minalarının axtarışı, eləcə də məhv edilməsi üzrə tapşırıqları icra edəcəklər.

Təlim iştirakçıları plana əsasən gecə və gündüz şəraitində fərdi və qrup şəklində taktiki atışlar, qarışıq qruplar şəklində birgə marş, pusqu və basqın, eləcə də dənizdə xüsusi qapalı sualtı tənəffüs aparatlarından istifadə etməklə uzun məsafələrə sualtı üzmə tapşırıqları yerinə yetirəcəklər.

Təlim oktyabrın 14-dək davam edəcək.

XS
SM
MD
LG