Accessibility links

Azərbaycanın biznes ictimaiyyəti üçün Şərq Tərəfdaşlığı Ticarət Yardım Masası platforması istifadəyə verilib


Şərq Tərəfdaşlığı Ticarət Yardım Masası platforması (Diaqram platformanın rəsmi internet səhifəsindəndir)
Şərq Tərəfdaşlığı Ticarət Yardım Masası platforması (Diaqram platformanın rəsmi internet səhifəsindəndir)

Oktyabrın 10-da Avropa İttifaqı (Aİ) və Beynəlxalq Ticarət Mərkəzi (BTM) Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AzPromo) ilə birgə Azərbaycanın biznes ictimaiyyəti üçün Şərq Tərəfdaşlığı (ŞT) Ticarət Yardım Masası platformasını istifadəyə verib.

Avropa Ittifaqının Azərbaycan nümayəndəliyinin məlumatında deyilir ki, Avropa İttifaqı növbəti beş il ərzində 94 milyon avro dəyərində potensial ixrac artımı ilə Azərbaycanın aparıcı ticarət tərəfdaşı, həmçinin ən böyük ixrac və idxal bazarıdır.

Şərq Tərəfdaşlığı Ticarət Yardım Masası platformasının yeni istifadəyə verilmiş Azərbaycan versiyası vasitəsilə, dövlət və özəl subyektlər Şərq Tərəfdaşlığı regionu ölkələri və Aİ ilə ticarətin artmasına töhfə verə biləcək istifadəçi dostu ticarət kəşfiyyatına çıxış əldə edə bilərlər.

“Azərbaycan hökuməti və biznesə dəstək təşkilatlarının rəsmiləri üçün bir həftəlik geniş təlimlər bu istifadəni tamamlayır. Bu təlim onlara Azərbaycan üzrə biznes iqtisadiyyatında bütün müəssisələrin ən yüksək faizini təşkil edən kiçik müəssisələrə xidmət edən yeni ticarət portfellərini inkişaf etdirməyə imkan verəcək,” məlumatda qeyd edilir.

"Biz Şərq Tərəfdaşlığı (ŞT) Ticarət Yardım Masası platformasının işə salınmasını alqışlayırıq. Şərq Tərəfdaşlığı Ticarət Yardım Masası platformasından istifadə Azərbaycanın istifadə olunmamış ixrac potensialının açılmasında mühüm rol oynayır. Bu, siyasətçilərə və bizneslərə, o cümlədən Aİ və Azərbaycan arasında güclü tərəfdaşlıq çərçivəsində ŞT regionunda və Aİ-də ticarət üçün yeni bazarları və məhsulları düzgün planlaşdırmağa və müəyyən etməyə kömək edəcək,’’ Aİ-nin Azərbaycandakı nümayəndəliyinin müvəqqəti işlər vəkili Crtomir-Peter Fisinger bildirib.

Azpromo-nun İcraçı Direktorunun müşaviri Tural Hacılı hesab edir ki, platformanın işə salınması Azərbaycan ixracatçılarına istifadə olunmamış ixrac potensialını həyata keçirmək üçün əlavə və çox təsirli alət verəcək.

“Bu, həmçinin “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə Sosial-İqtisadi İnkişaf Strategiyası”, eləcə də “2022-2026-cı illərdə Azərbaycan Respublikasının qeyri-neft məhsullarının İxrac Strategiyası” ilə müəyyən edilmiş müxtəlif tədbirlərin uğurla həyata keçirilməsində ilk addım olacaq,’ o qeyd edib.

Beynəlxalq Ticarət Mərkəzinin ticarət məlumatı üzrə baş mütəxəssisi Pol Kellinin dediyinə görə, Avropa İttifaqı Şərq Tərəfdaşlığı ilə birlikdə Azərbaycan ticarətinin 37%-dən çoxunu təşkil edir.

“Lakin bu ticarət nisbətən cəmləşmişdir – həm məhsullar, həm də təyinatlar baxımından, AB-nin və digər ŞT ölkələrinin əksəriyyətində diversifikasiya üçün araşdırılmamış imkanlar yaradır. Növbəti beş il ərzində istifadə olunmamış bu imkanları araşdırmaqla Azərbaycanın Aİ ilə ticarəti ikiqat arta və əlavə 94 milyon avro əldə edə bilər,’’ o qeyd edib.

ŞT Ticarət Yardım platformasının məlumatında da deyilir ki, Aİ ilə ticarət Azərbaycanın ümumi ticarətinin təxminən 37%-ni təşkil edir, lakin hələ də istifadə olunmamış bir sıra ixrac imkanları mövcuddur.

“Məsələn, Azərbaycanın tərəvəz və meyvə sektorları 2026-cı ilə qədər Almaniya, Yunanıstan, İtaliya və Rumıniya bazarları da daxil olmaqla, bu bazarlar üzrə müvafiq olaraq 15 milyon avro və 23 milyon avrodan çox ən yüksək inkişaf potensialına malikdir. Kimya sektoru 2026-cı ilə qədər ixracını iki dəfə artıra bilər, bununla yanaşı həmin Aİ bazarları ən yaxşı imkanları təmin edir,” məlumatda qeyd edilir.

Beynəlxalq Ticarət Mərkəzi Ümumdünya Ticarət Təşkilatı Birləşmiş Millətlər Təşkilatının birgə agentliyidir. BTM inkişaf etməkdə olan və keçid iqtisadiyyatında olan kiçik və orta müəssisələrə qlobal bazarlarda daha rəqabətli olmağa kömək edir, həmçinin bununla da, Ticarətə Yardım gündəliyi və Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində davamlı iqtisadi inkişafa töhfə verir.

XS
SM
MD
LG