Accessibility links

AŞPA prezidenti Ermənistan və Azərbaycanı regionda dayanıqlı sülh üçün səyləri artırmağa çağırıb 


Avropa Şurası Parlament Assambleyasının
Prezidenti 
Avropa Şurası Parlament Assambleyasının Prezidenti 

Avropa Şurası Parlament Assambleyasının Prezidenti Ermənistan və Azərbaycanı bütün fikir ayrılıqlarının həlli üçün səyləri artırmağa və Cənubi Qafqaz regionunda dayanıqlı sülhün bərqərar olmasına töhfə verməyə çağırıb.

Tini Koks bu açıqlamaları oktyabrın 10-da Strasburqda AŞPA-nın payız sessiyasının iclasında deyib.

“Mən Azərbaycan və Ermənistandan olan parlamentariləri Assambleyadan həssas və mühüm mövzuların müzakirə platforması kimi istifadə etməyə çağırıram,” o bildirib.

AŞPA prezidenti qeyd edib ki, son zamanlar Azərbaycan və Ermənistan sərhədində vəziyyətin gərginləşməsinin insanlara mənfi təsir göstərib.

Strasburqda oktyabrın 10-da AŞPA-nın bu gün payız sessiyasının ilk günü Ermənistan və Azərbaycan arasında hərbi toqquşmalar mövzularında da müzakirələrin keçirilməsi ilə bağlı müraciətlər də var.

Oktyabrın 6-da Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyanın dördtərəfli formatda görüşü keçirilib.

Görüşdən sonra Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində tərəflərin hər dəfə sülhə daha da yaxınlaşdığını bildirib.

Görüşdən sonra Yelisey sarayının rəsmi saytında yayılan bəyanatda deyilir ki, Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdıqları 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiq ediblər.

Bundan əlavə Avropa İttifaqının rəsmi saytında dərc edilmiş bəyanatda da deyilir ki, tərəflər “ təsdiqləyiblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçiriləcək."

Ermənistan Baş nazirinin rəsmi saytında dərc edilən bəyanatda isə bildirilir ki, Ermənistan Azərbaycanla sərhədə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib. Azərbaycan bu missiya ilə özünə aid olacaq dərəcədə əməkdaşlıq etməyi qəbul edib.

"Missiya işini oktyabr ayında maksimum iki ay müddətinə başlayacaq. Bu missiyanın məqsədi güvən yaratmaq və hesabatları vasitəsilə sərhəd komissiyalarına töhfə verməkdir,” bəyanatda deyilir.

XS
SM
MD
LG