Accessibility links

ABŞ Dövlət katibinin enerji resurları məsələləri üzrə köməkçisi Azərbaycanın energetika nazirinin müavini ilə görüşüb


ABŞ Dövlət katibinin enerji resurları məsələləri üzrə köməkçisi Cefri Payet Atlantika Şurasının Bərpa olunan enerjinin inkişafı perspektivlərinə dair regional Konfransında Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov ilə görüşüb .

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatında deyilir.

Məlumata görə, Avropanın enerji təminatının şaxələndirilməsində Azərbaycanın mühüm rolu müzakirə edilib.

Bundan əlavə səfirliyin məlumatında qeyd edilir ki, Dövlət katibinin köməkçisi Avropanın enerji təhlükəsizliyini təşviq etmək, Avropanın Rusiyanın mədən yanacaqlarından asılılığını azaltmaq və təmiz enerjiyə keçidi davam etdirmək üçün enerji sektorunun digər liderləri ilə görüşüb.

XS
SM
MD
LG