Accessibility links

İran etirazlarına Qərb necə cavab verməlidir?


İran etirazlarına Qərb necə cavab verməlidir?
please wait

No media source currently available

0:00 0:02:52 0:00

İran etirazlarına Qərb necə cavab verməlidir?

Keçən ay 22 yaşlı Məhsa Əmininin polis nəzarətində ölməsindən sonra İranda hökumət əleyhinə etirazlar davam edir. O, İranın əxlaq polisi tərəfindən "uyğun olmayan geyim"ə görə həbs edilmişdi. Etirazlar hara apara bilər və Qərb buna necə cavab verməlidir?

Tehran universitetində tələbələr İslam rejiminin süqutunu tələb edərək, farsca "qan" sözünü tələffüzü üçün toplaşıb. Qadınların rəhbərlik etdiyi bir çox etiraz dörd həftədir ki, İranın bütün şəhərlərini əhatə edir.

"Həqiqətən təsiredicidir. Onlar üçün qorxu divarı tamamilə dağıdılıb və getdikcə itirəcək heç bir şeyləri yoxdur və buna görə də israr etməyə hazırdırlar" - deyə, Beynəlxalq Böhran Qrupunun İran analitiki Əli Vaez bildirib.

2009-cu ildə yaşıl hərəkat kimi keçirilmiş etirazlar hökuməti devirə bilməmişdi.

Analitik Behnam Ben Taleblu deyir ki, iqtisadi böhran və daxili repressiyalar fonunda indi narazılıq siyasi bölünmələri aşır:

"Rejimin bir elementini müdafiə etməkdənsə, bu əhali rejimlə bütünlüklə işini bitirdiyini deyir".

Onlarla etirazçı öldürülüb. Vaez deyir ki, rejimin nümayişləri yatırmaq üçün hələ də imkanı var.

"Hələ İnqilab Keşikçiləri yerləşdirilməyib. Buna görə İran də hələ də hərəkata qarşı istifadə edə biləcəyi çoxlu repressiv vasitələrə malikdir.

Britaniya keçən həftə ABŞ və Kanadanın ardınca İranın əxlaq polisinin yüksək vəzifəli şəxslərinə qarşı sanksiyalar tətbiq edib.

"Bunu Avropa İttifaqı daxilində genişləndirmək lazımdır" - deyə, Demokratiyaları Müdafiə Fondundan Behnam Ben Taleblu bildirib.

Avropada qadın deputatlar və məşhurlar iranlı qadınlarla həmrəy olaraq saçlarını kəsib. Bir neçə şəhərdə etiraz aksiyaları keçirilib.

"Biz İran xalqının səsi olmaq üçün buradayıq. Biz Britaniya hökumətindən səsini çıxarmasını tələb etmək üçün buradayıq" - deyə, adını açıqlamayan etirazçı qadın bildirib.

Nümayişlər ABŞ və Avropa güclərinin 2015-ci il nüvə sazişinə mümkün qayıdışla bağlı Tehranla danışıqlar apardığı vaxta təsadüf edir.

Fransa prezidenti Emmanuel Makron İranın repressiyalarını pisləyib, Fransanın nüvə silahının yayılmasının qarşısını almaq üçün mübarizə apardığını bildirib.

Təhlilçi Taleblu hesab edir ki, nüvə danışıqları uğursuz olub və bundan imtina edilməlidir.

"Bu pul, bu sövdələşmə rejimin təhlükəsizlik aparatını zənginləşdirəcək. Və o təhlükəsizlik aparatı, təxminən dörd həftədir gördüyümüz xarici təcavüz və daxili repressiya ilə məşğul olan eyni aparatdır".

Taleblu bildirib ki, Qərb etirazçılara kömək etmək üçün əməli addımlar ata bilər, o cümlədən hökumət məhdudiyyətlərini aşmaq üçün peyk interneti təmin edilməlidir.

XS
SM
MD
LG