Accessibility links

'İri banklar onları alacaq…'

Mərkəzi Bank
Mərkəzi Bank

Oktyabrın 13-də Pakistan Milli Bankının (PMB) Bakı Filialının lisenziyası ləğv edilib. Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında bildirilir ki, PMB-nin müraciəti əsasında İdarə Heyəti oktyabrın 11-də bu qurumun Bakı filialına 2005-ci ildə verilən lisenziyanı ləğv edib. Açıqlamaya görə, Mərkəzi Bank lisenziyanın könüllü ləğvinə dair qərar qəbul edərkən filialın ləğvetmə planı və təqdim olunmuş maliyyə hesabatları nəzərə alınıb: "30.09.2022-ci il tarixinə Filialın likvid aktivləri (6.7 mln. manat) cəmi öhdəliklərini (0.5 mln. manat) dəfələrlə üstələyir…".

Azərbaycanda 2015-ci ildə neftin kəskin ucuzlaşmasından sonra və koronavirus pandemiyası vaxtı (2020) üst-üstə 20-yə yaxın yerli kommersiya bankının da lisenziyası ləğv edilib. Bu, onların öhdəliklərini yerinə yetirə bilməməsi ilə izah edilib.

Bankların mənfəəti artıb

AMB-dan verilən məlumata görə, bu ilin yanvar-avqust aylarında Azərbaycanın bank sektorunun xalis mənfəəti 29.5 faiz artaraq 589.4 milyon manata çatıb: "Bu dövrdə bankların əməliyyat mənfəəti 849.9 milyon manat təşkil edib".

Bildirilib ki, sentyabrın 1-nə fəaliyyət göstərən 26 bankın filiallarının sayı 483, şöbələrinin isə 94 olub: "Avqustda bank sektorunda çalışanların sayı 1 faiz (218 nəfər) artaraq 21 min 947 nəfər təşkil edib. Cari ilin 8 ayında bank sektorunun işçi sayı 8 faiz və ya 1618 nəfər artıb".

Qaldı 25

Bankçılıq üzrə ekspert Əkrəm Həsənov da AzadlıqRadiosuna bildirib ki, Pakistan Milli Bankının Bakı filialının fəaliyyəti gözə görünmürdü: "Mərkəzi Bankın banklara dair 50 milyonluq kapital tələbi var. Yəni, hər bankın kapitalı ən azı 50 milyon olmalıdır. Bu bank həmin tələbi pozurdu, amma dövlətlərarası belə bir razılaşma var idi ki, Mərkəzi Bank ona qarşı hansısa tədbir görməyəcək. Bu da Azərbaycanla Pakistan arasında olan dostluq münasibətlərindən irəli gələn bir amil idi".

Ekspertin sözlərinə görə, bank filialı, həqiqətən də, könüllü bağlanıb: "Çünki heç bir fəallığı yox idi. Onun bağlanması heç bir halda nə Pakistandakı, nə də bizdəki vəziyyətlə bağlıdır".

O qeyd edib ki, Azərbaycanda 2020-ci ilin aprel-may aylarında dörd bank bağlanıb və bundan sonra ölkədə 26 bank qalıb: "İndi biri də bağlandı, qaldı 25 bank. Əslində Azərbaycanda banklar özləri bağlanmır. Onlar ya birləşirlər, ya da Mərkəzi Bank onları hansısa səbəbdən bağlayır".

"Onlar iri banklarla rəqabət apara bilmirlər"

Əkrəm Həsənovun ehtimalına görə, Azərbaycanda kiçik banklar yaxın bir ildə ya öz aralarında birləşəcəklər, ya iri banklar onları alacaq, ya da bağlanacaqlar: "Çünki görünən odur ki, onlar iri banklarla rəqabət apara bilmirlər".

O qeyd edib ki, bankların əsas maliyyə mənbəyi vətəndaşların əmanətləri və sahibkarların onlarda yerləşdirdiyi pullardır: "Vətəndaş əmanətləri haradasa kiçik və orta banklarda da yerləşdirilir. Çünki vətəndaşlarda əminlik var ki, bankın başına nə iş gəlsə də, Əmanətlərin Sığortalanması Fondu əmanətləri sığortalayır. Amma yenə də böyük bankların reklam kampaniyaları insanları daha çox iri bankları seçməyə vadar edir".

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG