Accessibility links

Mask SpaceX şirkətinin Ukraynada Starlink internet xidmətinin maliyyələşməsinə davam edəcəyini bildirib


İlon Mask şənbə günü Twitter sosial şəbəkəsində yazıb ki, onun raket şirkəti olan SpaceX, Starlink internet xidmətinin Ukraynada fəaliyyətə davam etməsini maliyyələşdirəcək. Bir gün öncə Mask bu xidmətin davam etməsinin mümkün olmadığını bildirmişdi.

Mask cümə günü SpaceX-in Ukraynada Starlink xidmətini maliyyələşdirilməyəcəyini yazmışdı. Bu xidmət Rusiya ilə müharibə dövründə mülki vətəndaşlara və hərbçilərə onlayn qalmaqda yardımçı olub.

Milyarder son həftələr Ukrayna rəsmiləri ilə gərgin onlayn mübahisələrdə olub. Buna səbəb, onun irəli sürdüyü Ukrayna və Rusiya arasında potensial sülh planı olub. Ukraynalılar bu planın açıq-aşkar Rusiyanın xeyrinə olduğunu bildirirlər.

Maskın cümə günü yazdıqları onun SpaceX şirkətinin Starlink xidmətinin maliyyələşdirilməsi üçün Pentaqona müraciəti haqda mətbuatda yayılan xəbərlərdən sonraya təsadüf edir.

SpaceX şirkəti bu barədə sual müraciətinə cavab verməyib. Pentaqon isə cavab verməkdən imtina edib.

XS
SM
MD
LG