Accessibility links

Hüqo Qevara: Azərbaycanda və ümumilikdə Cənubi Qafqazda dinc və firavan gələcəyin təmin olunmasına sadiq qalırıq


ABŞ səfirinin yeni müavini Hüqo Gevara (mənbə : səfirlik)
ABŞ səfirinin yeni müavini Hüqo Gevara (mənbə : səfirlik)

Müvəqqəti işlər vəkili Hüqo Qevara Azərbaycan xalqını Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatında deyilir.

“Bu il biz Birləşmiş Ştatlar və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edirik. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra keçən 30 il ərzində biz enerji təhlükəsizliyinin gücləndirilməsi, transmilli təhlükələrlə mübarizə, ikitərəfli ticarət və sərmayələrin inkişafı, habelə fundamental azadlıqların dəstəklənməsi kimi sahələrdə birgə çalışmağa davam edirik. Sözügedən səylərlə yanaşı biz Azərbaycanda və ümumilikdə Cənubi Qafqazda dinc və firavan gələcəyin təmin olunmasına sadiq qalırıq. Birləşmiş Ştatlar adından mən Azərbaycan xalqını Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edirəm! ”təbrikdə deyilir.

Bundan başqa 18 Oktaybr – Azərbaycanın Müstəqilliyin Bərpası Günü münasibətilə ölkədə fəaliyyət göstərən xarici ölkələrin diplomatik nümayəndələri və səfirləri paylaşım edib.

Onlar arasında ABŞ, Almaniya, Fransa, Böyük Britaniya, İsrail, Türkiyə, Ukrayna, Fələstin və digər ölkələr yer alıb.

Oktyabrın 18-də Azərbaycanda Dövlət Müstəqilliyi Günü qeyd edilir. 31 il öncə - 1991-ci il oktyabrın 18-də parlament Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması haqda Konstitusiya aktını qəbul edib.

Bu sənədlə Azərbaycan Respublikası bolşevik Rusiyasının işğalı nəticəsində süqut edən 1918-20-ci illər Azərbaycan Demokratik Respublikasının varisi elan olunub.

Konstitusiya aktına əsasən milli və dini mənsubiyyətindən aslı olmayaraq bütün vətəndaşlara tam bərabər hüquqluluq zəmanət verilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Aleksey Navalnı ilə vidalaşıb
please wait

No media source currently available

0:00 0:13:15 0:00
XS
SM
MD
LG