Accessibility links

Azərbaycan və Türkiyə prezidentləri Zəngilan Hava limanının açılışında iştirak edib


Zəngilan beynəlxalq hava limanı (Rəsmi foto)
Zəngilan beynəlxalq hava limanı (Rəsmi foto)

Oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi olub. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib.

"Azərbaycan Hava Yolları" QSC (AZAL) prezidenti Cahangir Əsgərov bildirib ki, Zəngilan Beynəlxalq Hava Limanının asfalt-beton örtüklü uçuş-enmə zolağının uzunluğu 3 min metr, eni 60 metr təşkil edir.

"Bu hava limanı bütün növ təyyarələri, o cümlədən geniş gövdəli ağır yük təyyarələrini qəbul edəcək. Perronun sahəsi 60 min kvadratmetrdir. Hava limanı ICAO və IATA standartlarına uyğun uçuşların həyata keçirilməsinə imkan verəcək. Müasir dünya tələblərinə cavab verən beynəlxalq aeroportun terminalı saatda 200 sərnişinə xidmət göstərmək imkanına malikdir" , o qeyd edib.

Xatırladaq ki, Zəngilan Beynəlxalq Hava Limanı işğaldan azad olunan ərazilərdə Füzulidəki hava limanından sonra istifadəyə verilən ikinci beynəlxalq statuslu ikinci aeroportdur. Üçüncü hava limanı Laçın rayonunun ərazisində inşa olunur.

XS
SM
MD
LG