Accessibility links

Türkiyənin keçmiş baş naziri Azərbaycanda avtomobil qəzasına düşüb


Binəli Yıldırım
Binəli Yıldırım

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində Qarabağda olan AKP sədrinin müavini, Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım oktyabrın 20-də avtomobil qəzasına düşüb.

Türkiyənin səhiyyə naziri Fahreddin Koca bildirib ki, Azərbaycanın Cəbrayıl rayonu ərazisində qəzaya düşən Binəli Yıldırımın səhhəti yaxşıdır.

"Azərbaycanda səfərdə olan cənab Binəli Yıldırımın mühafizəçisi ilə millət vəkili dostumuz Şamil Ayrımın maşını qəzaya düşüb. Mən onunla danışdım. Öyrəndim ki, onların üçünün də səhhəti yaxşıdır, qəzadan yüngülcə xilas olublar" , səhiyyə naziri qeyd edib.

XS
SM
MD
LG