Accessibility links

Azərbaycan İsraildə keçirilən dəniz və səhrada qida yetişdirilməsi sammitində iştirak edib


İsraildə dəniz və səhrada qida yetişdirilməsi sammiti keçirilib (Rəsmi foto)
İsraildə dəniz və səhrada qida yetişdirilməsi sammiti keçirilib (Rəsmi foto)

Azərbaycan kənd təssərüfatı nazirinin müavini İsraildə ilk dəfə keçirilən “Agrİsrail 2022 - Dəniz və səhrada qida yetişdirilməsi” mövzusunda beynəlxalq sammitdə iştirak edib.

Azərbaycan Kənd Təssərüfatı Nazirliyinin məlumatına görə, sammitdə ərzaq təhlükəsizliyinin və yeni çağırışlara uyğun dayanıqlı kənd təsərrüfatı sisteminin yaradılması ilə davamlı inkişafın təmin edilməsi, ətraf mühiti qorumaqla məhsuldarlığın artırılması, keyfiyyətli qida istehsalı zəncirinin qurulması, bu istiqamətlərdə qlobal əməkdaşlığın əhəmiyyəti əsas müzakirə mövzularından olub. Torpaqların mühafizəsi, biomüxtəlifliyin qorunması, torpaq çirklənməsinin qarşısının alınması, su resurslarından səmərəli istifadə istiqamətində müzakirələr aparılıb.

Forumda aqrar sahədə elmi yeniliklər, innovasiya və rəqəmsal həllərin tətbiqinin genişləndirilməsi də diqqət mərkəzində olub.

Sarvan Cəfərov İsraildə. təhsil alan tələbləlrələ görüşüb (Rəsmi foto)
Sarvan Cəfərov İsraildə. təhsil alan tələbləlrələ görüşüb (Rəsmi foto)

İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Forer dünyada baş verən iqlim dəyişiklikləri fonunda ərzaq təhlükəsizliyinin təmini və qidaya olan tələbatın ödənilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

“Ərzaq təhlükəsizliyi və iqlim dəyişiklikləri” mövzusunda çıxış edən Azərbaycan kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov ölkəsində torpaq və su resurslarından düzgün və səmərəli istifadə, yeni suvarma texnologiyalarının geniş tətbiqi ilə bağlı dövlət dəstəyi tədbirləri barədə məlumat verib.

“Hazırda Azərbaycan hökuməti ölkənin kənd təsərrüfatı sektorunun rəqəmsallaşmasına xüsusi diqqət yetirir. Qlobal iqlim dəyişikliyinin ətraf mühitə mənfi təsirlərinin azaldılması istiqamətində strateji təşəbbüslərə qoşulan Azərbaycan beynəlxalq platformalarda da effektli əməkdaşlığı dəstəkləyir və istənilən səmərəli tərəfdaşlığa açıqdır,” o qeyd edib.

Nazir müavini Sarvan Cəfərov kənd təsərrüfatı sahəsində İsraildə təhsil alan azərbaycanlı tələbələrlə görüşüb, onların cəlb olunduğu təcrübə proqramının gedişi ilə maraqlanıb.

XS
SM
MD
LG