Accessibility links

ABŞ səfirliyinin dəstəyi ilə “Azərbaycanda Tədqiqat Mədəniyyətinin Artırılması” proqramı açıq elan edilib


ADA Universiteti ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən maliyyələşdirilən “Azərbaycanda Tədqiqat Mədəniyyətinin Artırılması” proqramını açıq elan edib.

ABŞ səfirliynin məlumatına görə, magistrlar, doktorantlar, elmi işçilər və tədqiqatçılar layihədə iştirak üçün noyabrın 10-dək müaciət edə bilər.

ADA Universiteti bildirir ki, ölkənin elmi-tədqiqat potensialını artırmaq məqsədi daşıyan proqram boyu ilk növbədə, aspirantlar, müstəqil tədqiqatçılar, müxtəlif ali təhsil müəssisələrinin və beyin mərkəzlərinin gənc professor-müəllim heyəti, xüsusilə sosial sahədə çalışanlar üçün sorğu-sual əsaslı kurslar nəzərdə tutulub.

“Layihənin ümumi məqsədi yerli elmi ictimaiyyəti inkişaf etdirmək, tədqiqatçıların Azərbaycanda və dünyada tanınmasını artırmaqla akademik tədqiqat sahəsinin islahatı və ali təhsil müəssisələrinin beynəlxalq rəqabət qabiliyyətinin artırılması üzrə ölkə gündəminə töhfə verməkdir,” ADA Universitetinin məlumatında deyilir.

Layihə əsasında “Sosial Tədqiqat Metodları”, “Akademik Yazı” və “Statistik Təhlil” mövzularında geniş tədqiqat yönümlü kurslar və qısamüddətli təlim proqramları təqdim ediləcəkdir.

Dünyaya Baxış

Dünyaya Baxış. G7 liderləri Ukraynaya 50 milyard dollar kredit vermək planını qəbul edib
please wait

No media source currently available

0:00 0:09:10 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG