Accessibility links

Əhməd Məmmədli: "Mən qanunsuz olaraq təhsil hüququmdan məhrum edilərək hərbi xidmətə aparılsam, həmin hərbi xidmətdən imtina edəcəm"


Demokratiya 1918 Hərəkatının sədri Əhməd Məmmədli
Demokratiya 1918 Hərəkatının sədri Əhməd Məmmədli

Oktyabrın 21-də 30 sutka inzibati həbs cəzasından azadlığa çıxan Demokratiya 1918 Hərəkatının sədri Əhməd Məmmədli mətbuat konfransı keçirib. Hərəkət sədrinin sözlərinə görə, inzibati həbsdə olarkən ona sülhlə bağlı danışmayacağı təqdirdə təhsilini davam etdirmək üçün ölkədən çıxışına şərait yaradılacağı barədə təkliflər olunub, lakin Məmmədli bundan imtina etdiyini bildirib:

"Mən yazdıqlarımı nə silmək üçün yazmışam, nə də inandığım dəyərlərdən dönmək üçün yazmışam. Ona görə də mən onların bu şərtlərindən imtina etdim və içəridə hiss edirdim ki, mənim hərbi xidmətə aparılacağımla bağlı məsələlər qabardılacaq. Əgər mən qanunsuz olaraq təhsil hüququmdan məhrum edilərək hərbi xidmətə aparılsam və ya aparmağa cəhd eləsələr, çox böyük məmnuniyyətlə həmin hərbi xidmətdən imtina edəcəm".

Demokratiya 1918 Hərəkatının sədri bildirib ki, o və təmsil etdiyi təşkilat ideoloji olaraq məcburi hərbi xidmətə qarşıdır.

"Mən də o ideologiyanın daşıyıcısı kimi bu fikirləri irəli sürürəm ki, məcburi hərbi xidmət 18 yaşında vətəndaşın yetişməsində heç bir rolu olmayan bir dövlətin həmin cəzaya məhkum eləmək doğru deyil və bu yanlış siyasəti düzəltmək üçün bu sistemə qarşı öz anti-sistem mövqeyimizi nümayiş etdiririk", deyə Məmmədli bildirib.

Əhməd Məmmədli əlavə edib ki, o magistratura təhsili üçün ona möhlət hüququ tanınıb və natariusda təsdiq olunub, lakin siyasi fəaliyyəti ilə bağlı bu hüququndan məhrum edilə bilər:

"Mən burada bu maneələrə qarşı mübarizə aparıram, nəticəsi necə olacaq, siyasi hakimiyyət bunu bir cəza növü kimi tətbiq etməyə çalışacaqmı və mən buna adekvat olaraq necə reaksiya verəcəm hər halda buna zaman və siyasi proseslər göstərəcək".

Sentyabrın 20-də Demokratiya 1918 Hərəkatının sədri Əhməd Məmmədliyə Səbail Rayon Məhkəməsi İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə 30 sutka inzibati həbs cəzası verib.

Hərəkatın sədri məhkəmənin önündən polis maşını ilə aparılarkən bildirib ki, o sülh çağırışlarına və İlham Əliyevi tənqidlərinə görə həbs olunub. Əhməd Məmmədli həbsinin əsassız olduğunu deyib. O deyir ki, bununla bağlı ona təzyiq göstərilib.

Əhməd Məmmədli öz Facebook hesabında sülh çağırışları və İlham Əliyevi tənqid edən bir neçə paylaşımlar edib.

Daxili İşlər Nazirliyinin Kütləvi İnformasiya Vasitələri ilə iş və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Amerikanın Səsinə bildirib ki, hansısa vətəndaşın hərbi xidmətə göndərilməsi Daxili İşlər Nazirliyinin səlahiyyətində olan məsələ deyil.

Müdafiə Nazirliyindən Amerikanın Səsinə bildirilib ki, belə məsələlərə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti baxır. Amerikanın Səsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əlaqə yaratmağa çalışsa da, bu mümkün olmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG