Accessibility links

Salaam Cinema Baku-da "Bit bazarı" keçirilib


Salaam Cinema Baku-da "Bit bazarı" keçirilib
please wait

No media source currently available

0:00 0:02:10 0:00

Salaam Cinema Baku yerləşdiyi tarixi binanın vəziyyətinə diqqət çəkmək, həm də gənclərin təşəbbüsü ilə yaranan kiçik və orta bizneslərə dəstək olmaq məqsədilə "Bit bazarı" keçirib.

Tədbirin təşkilatçısı Ramil Əliyev deyir ki, bu səbəbdən stend sahiblərindən cüzi haqq tələb edilib və əldə edilən gəlir Salaam Cinema Baku-nun fəaliyyətini davam etdirməsi üçün istifadə ediləcək:

"Burda əsas diqqət çəkmək istədiyimiz şey Salaam Cinema-nın birinci mərtəbəsinin söküntüsü ilə bağlıdır. Biz istəyirik ora üçün ianə kampaniyası toplayaq və ümumiyyətlə bu strateji plan insanların bütün binanı gəzməsinə fokuslanıb. Həm də bəzi insanlar bura ilk dəfədir gəlirlər, satıcılar da həmçinin. Binanı tanımalarını istəyirik. Bu məkanın icma məkanı olduğunu onlara bildirək və onlar da bu icmanın bir hissəsinə çevrilsinlər"

Bir bazarında müxtəlif əl işi ilə məşğul olan sahibkarlar, eyni zamanda istifadə etmədiyi əşyaları satmaq istəyənlər öz stendlərində ziyarətçiləri qarşılayıb.

30 satıcının cəlb edilməsi düşünülsə də, maraq çox olduğundan 70-dən çox sahibkar "Bit bazarı"na qatılıb. Ötən tədbirlərdən fərqli olaraq bu dəfə bütün bina ərazisində və həyətdə satış edə bilməsi üçün satıcılara şərait yaradılıb.

"Ecofront" komandasını təmsil edən Cəfər İsbarov ikinci əl məhsulların satışına təşviq edən bu tipli yarmarkaların kütləvi hal almasını istəyir:

"Nəticə olaraq burda əsas məqsəd ondan ibarətdir ki, istehlakı azaltmağa çalışırıq. Çünki istehlak birbaşa olaraq məhsulların istehsalına da təkan verir və ümumi olaraq ətraf mühitə zərərlərin olduğu bəllidir.

Bu əşyaların hər biri bizə ianə olunub. Və biz həmin ianələri aşağı qiymətə satıb həm ikinci əl əşyaların istifadəsinə təşviq edirik, həm də burdan qazanılan pullar Ecofront-un büdcəsinə gedir və ətraf mühitin mühafizəsi ilə bağlı fəaliyyətlərimizdə istifadə edilir".

XS
SM
MD
LG