Accessibility links

Azərbaycan şahmatçısı dünya çempionu titulunu təmin edib


Gövhər Beydullayeva (Foto Azərbaycan Şahmat Federasiyasınındır)
Gövhər Beydullayeva (Foto Azərbaycan Şahmat Federasiyasınındır)

Azərbaycan şahmatçısı Gövhər Beydullayeva İtaliyada keçirilən 20 yaşa qədər şahmatçıların dünya çempionatında çempion titulunu təmin edib.

Azərbaycan Şahmat Federasiyasının məlumatına görə, X turda qızlar arasında yarışan Azərbaycan təmsilçisi Gövhər Beydullayeva sloveniyalı Zala Urh, Ləman Hacıyeva isə polşalı Livia Jarocka ilə heç-heçə oynayıb. Bu nəticədən sonra Beydullayeva 20 yaşa qədər şahmatçıların dünya çempionatında qızıl medalı təmin edib. O, bu qələbə ilə Azərbaycanın şahmat tarixində 20 yaşlılar arasında dünya çempionu olan ilk qadın idmançısıdır.

Oğlanlar arasında Abdulla Qədimbəyli 10-cu turda macarıstanlı Adam Kozakla heç-heçə edib, Məhəmməd Muradlı isə israilli Yair Parkhova qalib gəlib. Son tur ərəfəsində Abdulla Qədimbəyli 7.5 xalla ikinci pillədə qərarlaşıb. O lider Adam Kozakdan (Macarıstan) yarım xal geri qalır. 11-ci turda Abdulla Qədimbəyli ağ fiqurlarla digər azərbaycanlı komanda yoldaşı Məhəmməd Muradlı ilə qarşılaşacaq.

Qeyd edək ki, dünya çempionatı İsveçrə sistemi üzrə keçirilir və 11 turdan ibarətdir. Reqlamentə görə xallar bərabər olacağı halda şəxsi görüşlər nəzərə alınır.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin Şoyqunu müdafiə naziri vəzifəsindən uzaqlaşdırıb
please wait

No media source currently available

0:00 0:11:15 0:00
XS
SM
MD
LG