Accessibility links

Britaniya baş naziri vəzifəsinə yarışda Sunak irəlidədir, Conson hələ iddiasını ifadə etməyib


Britaniyanın sabiq maliyyə naziri Rişi Sunak Liz Trassı baş nazir postunda əvəzləmək yarışında öndə gedir. Sunak Mühafizəkarlar Partiyasının 100-dən çox qanunvericisindən dəstək qazanıb. Sunakın əsas rəqibləri sabiq baş nazir Boris Conson və sabiq kabinet üzvü Penni Mordont bu göstəriciyə görə geridədirlər.

Şənbə günü gecə saatlarında Sunak və Conson arasında danışıqların keçirilməsi ilə bağlı xəbərlərin yayılmasında sonra qeyri-müəyənliklər mövcud idi. Xəbərlərdə iki siyasətçi arasında söhbətdə Trassın sürətli enişindən sonra bölünmüş hökumət partiyasını birləşdirəcək razılaşmanın müzakirə edildiyi deyilirdi.

Mühafizəkarlar Partiyası namizədlərin birinci günə qədər elan edilməsi və növbəti həftə ərzində yeni baş nazirin vəzifəyə təsdiq edilməsinə qərar verib.

Bazar günü 42 yaşlı Sunak baş nazir postuna iddiasını ifadə edib və yarışa qoşulub. BBC və Sky News-un qeyri-rəsmi hesablamalarına görə, o ən azı 124 mühafizəkar qanunvericinin dəstəyinə malikdir. Qaydalara əsasən, namizədliyin qeydə alınması üçün 100 qanunvericinin dəstəyi lazımdır.

Mordont hələlik 24 qanunvericinin ictimai dəstəyinə sahibdir. Namizəd olmaq iddiasını hələlik ifadə etməmiş Conson təxminən 50 qanunvericinin dəstəyinə malikdir. Sahibkarlıq naziri Ceykob Ris-Moqq bazar günü BBC-yə bildirib ki, şənbə günü Dominikan Respublikasından Londona geri dönən Conson yenidən baş nazir olmaq üçün bu yarışa qatılacaq.

XS
SM
MD
LG