Accessibility links

Müharibə Araşdırmaları İnstitutu: Rusiya zabitlərini Xersondan geri çəkir


Rusiya hərbi rəhbərliyi Ukrayna qoşunlarının irəliləməsi ərəfəsində Rusiya tərəfindən ilhaq edilmiş Xerson şəhərindəki zabitlərini Dnepr çayının digər tərəfinə geri çəkib. Bu barədə bazar günü Müharibə Araşdırmaları İnstitutu bildirib.

İnstitut əlavə edir ki, rusiyalılar geri çəkilmələrini həyata keçirdikləri müddətdə Moskva Ukraynanın əks-hücumunu yubadmaq üçün ərazidə yeni səfərbər edilmiş, təcrübəsiz qüvvələrini saxlayıb.

Rusiya qoşunlarının hərəkəti Ukrayna ordusunun qüvvələrinin Xerson və Zaporijye bölgələrində əks-hücum əməliyyatlarını davam etdirdiyini bildirdiyi vaxta təsadüf edir.

Şənbə günü Ukraynada Rusiya tərəfindən təyin edilmiş rəsmilər bütün Xerson sakinlərinə Ukrayna qoşunlarının şəhəri geri almaq üçün gözlənilən hücumundan əvvəl dərhal ərazini tərk etməli olduqlarını deyiblər.

Xerson şəhəri Ukraynada səkkiz ay davam edən müharibənin ilk günlərindən Rusiyanın nəzarətindədir. Bu şəhər eyni adlı bölgənin paytaxtı və Rusiya prezidenti Vladimir Putinin keçən ay qeyri-qanuni olaraq ilhaq etdiyi dörd bölgədən biridir.

XS
SM
MD
LG