Accessibility links

Məhəmməd Talıblı: Hələlik Azərbaycan çox asan pul qazanmaq mərhələsini yaşayır


İqtisadi Təhlil İnstitutunun rəhbəri Məhəmməd Talıblı
İqtisadi Təhlil İnstitutunun rəhbəri Məhəmməd Talıblı

2022-ci ilin ilk yarımilində dünyada baş verən geosiyasi və geoiqtisadi gərginliklər fonunda təchizat zəncirində yaranmış problemlər, həmçinin enerji daşıyıcılarının və ərzaq məhsullarının qiymətlərinin əhəmiyyətli dərəcədə qalxması qlobal inflyasiyanın yüksək səviyyəsini şərtləndirib. Bu amillər Azərbaycan iqtisadiyyatına da müsbət və mənfi baxımdan təsirsiz ötüşməyib.

Azərbaycan Mərkəzi Bankının “Maliyyə sabitliyi” hesabatında deyilir ki, dünya iqtisadiyyatında baş verən proseslər Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşməyib və nəticədə ölkədə inflyasiyanın səviyyəsində artım müşahidə edilib.

“İnflyasiyanın iqtisadi aktivliyə və əhalinin sosial rifahına mənfi təsirlərinin azaldılması istiqamətində hökumət və Mərkəzi Bank tərəfindən həyata keçirilən tədbirlər makroiqtisadi və maliyyə sabitliyini qoruyub saxlamağa imkan verib.”

Sənəddə qeyd edilir ki, 2022-ci ilin fevral ayından etibarən davam edən Rusiya-Ukrayna münaqişəsi ilə bağlı Rusiyaya qarşı tətbiq edilən sanksiyalar, münaqişənin səbəb olduğu daşınma-logistika problemləri və nəticədə enerji və əmtəə qiymətlərində kəskin artım qlobal maliyyə sabitliyinə riskləri artırır. Dario Caldara və Matteo Lacoviello tərəfindən hazırlanmış Geosiyasi risk indeksinə əsasən geosiyasi risklər Rusiya-Ukrayna münaqişəsi fonunda kəskin artıb.

İqtisadi Təhlil İnstitutunun rəhbəri Məhəmməd Talıblı Amerikanın Səsinə müsahibəsində Azərbaycanda maliyyə sabitliyi və qlobal risklərin iqtisadiyyata təsirlərindən danışıb.

Məhəmməd Talıblı: Hələlik Azərbaycan çox asan pul qazanmaq mərhələsini yaşayır
please wait

No media source currently available

0:00 0:06:57 0:00

Amerikanın Səsi: Azərbaycan Mərkəzi Bankının “Maliyyə sabitliyi” hesabatına görə, dünya iqtisadiyyatında baş verənlərin Azərbaycan iqtisadiyyatına təsirləri olub. Sizcə bunun Azərbaycan iqtisadiyyatına müsbət və mənfi təsirləri nədir?

Yalnız bu ilin yarım illik müddətində neft və neft məhsullarının ixracından ölkə iqtisadiyyatı 17,1 milyard dollar gəlir əldə edib

Məhəmməd Talıblı: Maliyyə sabitliyi iqtisadi sabitliyin tərkib elementlərindən biridir. Ölkədə maliyyə sabitliyinin yaranması bir neçə səbəblərin təsiri altında ola bilər. Qəbul etmək lazımdır ki, dünyada qlobal konyunktura (əmtəə tələb və təklifinə görə seçilən bazarlar-red.) sürətlə dəyişir, Rusiya-Ukrayna savaşı fonunda tədarük zəncirində qırılmalar olur. Bu qırılmalar təbii ki, Azərbaycan iqtisadiyyatının tədiyə balansına (milli iqtisadiyyata daxil olan və xaricə çıxarılan valyuta vəsaitləri arasında nisbət-red) təsir göstərir. Tədiyə balansında müsbət saldonun yaranması da onunla bağlıdır ki, dünyada neft və qazın qiymətləri sürətlə artır. Qlobal konyunkturanın ölkə iqtisadiyyatına bu baxımdan müsbət təsirləri qeydə alınmağa başalyıb. Bilirsiniz ki, yarım illik göstəricilərə görə, artıq dünyada brend markalı neftin satış qiyməti 105 dollar səviyyəsindədir. Eyni zamanda, Azərbaycanın 2022-ci ilin yarım illik göstəricilərinə görə yalnız ixracatında neft və neft məhsullarının xüsusi çəkisi 92,5 faizdir. Bu o deməkdir ki, yalnız bu ilin yarım illik müddətində neft və neft məhsullarının ixracından ölkə iqtisadiyyatı 17,1 milyard dollar gəlir əldə edib. Ona görə də dünyada maliyyə sabitliyi nöqteyi-nəzərindən qiymətləndirəndə Azərbaycanda həm də strateji valyuta ehtiyatlarımız 53 milyard dolların üzərindədir. Eyni zamanda, əsas ixracat etdiyimiz neft və neft məhsullarından ölkəyə əlavə olaraq valyuta daxil olmaları genişlənir. Bu isə o deməkdir ki, maliyyə sabitliyinin pozulması baxımından hər hansı bir qlobal konyunkturadan mənfi tendensiyalar müşahidə olunmur. Lakin bununla bərabər ölkədə qiymətlərin dəyişməsi baş verir. Bu da təbii ki, həm də ölkə iqtisadiyyatında hansısa formada iqtisadi xətti qurumlar bu prosesi neytrallaşdıra bilər.

Amerikanın Səsi: Rusiya-Ukrayna müharibəsinin, Rusiyaya qarşı beynəlxalq sanksiyaların Azərbaycana iqtisadi və sosial təsirləri barədə nə deyə bilərsiniz?

Azərbycanda ortalama infilyasiya həddi 12,9  faiz qiymətləndirilir. Eyni zamanda, burada ərzaq məhsullarının infilyasiyasından söhbət gedir. Ərzaq məhsullarının qiymətlərində isə infilaysiya 18,4 faizdir. Bu o deməkdir ki, infilyasiya artıq idarə olunmaz həddə yaxınlaşır.

Məhəmməd Talıblı: Biz Mərkəzi Bankın son “Maliyyə sabitliyi” adlı hesabatını təhlil edən zaman gəldiyimiz qənaət bundan ibarətdir ki, Azərbaycan iqtisadiyyatında inflyasiyanın yaranma mənbəyi daha çox qlobal tədarük zəncirinin qırılması və dünya iqtisadiyyatında baş verən sərt təlatümlərin Azərbaycan iqtisadiyyatına ötürücülük imkanlarının genişlənməsi ilə bağlıdır. Əslində bu hesabatdan çıxardığımız nətisə ondan ibarətdir ki, bizim ölkədə infilyasiyaya sürətli təzyiq yaradılmasının əsas səbəbi dünyadakı qlobal konyunkturanın dəyişməsindən qaynaqlanır. Amma nəzərə almaq lazımdır ki, bu infilyasiya idxalın ölkə iqtisadiyyatına təsiri ilə bağlıdır. Azərbaycanda infilyasiyanın yaranması həm də daxili mənbələrdən qaynaqlanır. Bu, ölkədə inhisarçılığın güclü hökmran mövqedə olması və iri şirkətlərin bazarda xüsusi paylarının çox olması səbəbindən inhisarçı qiymətlərini diqtə etmək fürsətləri ilə bağlıdır. Ümumiyyətlə, Amerika və Böyük Britaniyada son yarım illik hesabatlara baxanda da görürük ki, həmin ölkələrdə də son iyirmi ildə ən yüksək infilyasiya qeydə alınıb. Söhbət 9,1 faiz infilyasiya həddindən gedir. Amma Mərkəzi Bankın son hesabatında qeyd olunur ki, Azərbaycanda ortalama infilyasiya həddi 12,9 faiz qiymətləndirilir. Eyni zamanda, burada ərzaq məhsullarının infilyasiyasından söhbət gedir. Ərzaq məhsullarının qiymətlərində isə inflyasiya 18,4 faizdir. Bu o deməkdir ki, inflyasiya artıq idarə olunmaz həddə yaxınlaşır. Yəni, idarə olunan hədd deyəndə 9-10 faizə yaxın hədd nəzərdə tutulur. Bu gün hökumətin qarşısında duran ən ciddi məsələ makroiqtisadi tarazılığın, eyni zamanda maliyyə sabitliyinin pozulması nöqteyi-nəzərindən yanaşılan zaman istehlak mallarının indeksinin sürətlə dəyişməsidir. Burada hökumətin atmalı olduğu bir neçə addımlar var. Burada əsas addımlar nə ola bilər? Hökumət minimum əmək haqlarının artırılmasını tətbiq etmək hesabına inflyasiya təzyiqlərinin vətəndaşların büdcələrinə təsirini neytrallaşdıra bilər. Digər tərəfdən, dövlət büdcəsi vasitəsi ilə sosial xərcləmələri artıra bilər. Burada sosial müdafiə, sosial təminat, əmək haqlarının artırılması ola bilər ki, bu yolla da inflyasiyanın vətəndaşların gəlirlərini yeməyə başlayan zaman buna qarşı hökumətin hər hansı bir təzyiq imkanları formalaşsın. Ona görə də inflyasiyanın özü təbii ki, həm də vətəndaşları zənginləşdirən faktor deyil. Onları yoxsullaşdıran faktordur. Bu baxımdam qiymətləndirəndə baxmalıyıq ki, hökumət hansı antiinflyasiya tədbirlərini həyata keçirməlidir. Antinflyasiya tədbirləri olmalıdır, həm də effektiv olmalıdır. Necə deyərlər, xəstəlik varsa dərmanı da olmalıdır. Obrazlı ifadə etsək, əgər paltarınız varsa, paltar yumaq probleminiz də olacaqdır. Əgər, paltarınız olmayacaqsa, palta yumaq probleminiz də olmayacaq. Bu baxımdan yanaşanda ölkədə inflyasiya varsa, antiinflyasiya tədbirləri də olmalıdır. Hökumətin etməli addımlardan biri də antiinflyasiya tədbirlərini nə dərəcədə effektiv həyata keçirməsindən ibarətdir.

Amerikanın Səsi: Dünya bazarında neft və qazın qiymətlərində dəyişiklik olarsa Azərbaycan hökuməti ölkədə maliyyə sabitliyini qoruyub saxlaya bilərmi?

Eyni zamanda, neft qiymtləri də, neft hasilatımız da aşağı düşərsə, bu zaman təbii ki, Azərbaycan iqtisaidyyatında təlatümlər baş verə bilər.

Məhəmməd Talıblı: Əgər enerji qiymətlərinin qalxmasında müəyyən dinamikalar hiss oluna bilərsə Azərbaycan iqtisadiyyatının daha çox komfort zonada gəzməsini xatırladar. Bununla Azərbaycan iqtisadiyyatına daha çox valyuta daxil olmaq imkanları yaranır. Bilirsiniz ki, neftin dövlət büdcəsində nəzərdə tutulandan daha yüksək qiymətlərlə, 1.5-2 dəfəyədək artıq qiymətlərlə dünya bazarında satışı həyata keçirilir. Bu o deməkdir ki, hələlik Azərbaycan çox asan pul qazanmaq mərhələsini yaşayır. Amma nəzərə almaq lazımdır ki, postneft dövrünün əsas siqnalları uzun müdətdir verilməyə başlanıb. Eyni zamanda, neft qiymətləri də, neft hasilatımız da aşağı düşərsə, bu zaman təbii ki, Azərbaycan iqtisadiyyatında təlatümlər baş verə bilər. Ona görə də hökumətin indiki halda dünyada bizim xeyrimizə dəyişən konyenkturaya arxayın olmadan qeyri-neft sektorunu həm investisyaların axını baxımından, eyni zamanda maliyyə siyasətini həyata keçirməsi baxımından görməli olduğu işlər xeylidir. Bu istiqamətdə effektiv addımlar atmağa ehtiyac var.

XS
SM
MD
LG