Accessibility links

AXCP fəalı inzibati həbsə məhkum edilib


AXCP fəallarının oktyabrın 24-də Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında sərbəst toplaşmaq azadlığı tələbi ilə bağlı keçirilən aksiyas, 24 oktyabr, 2022.
AXCP fəallarının oktyabrın 24-də Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında sərbəst toplaşmaq azadlığı tələbi ilə bağlı keçirilən aksiyas, 24 oktyabr, 2022.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Ramid Nağıyevin inzibati qaydada həbs olunduğu bildirilir.

AXCP-dən Amerikanın Səsinə verilən məlumata görə, onun barəsində Binəqədi rayon İcra və Probasiya şöbəsinə vaxtlı-vaxtında getmədiyi üçün bir müddət əvvəl özünün də xəbəri olmadan qiyabi 7 sutka inzibati həbs cəzası ilə bağlı qərar çıxarılıb.

Partiyadan bildirilib ki, oktyabrın 24-də Nağıyevi Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında aksiya zamanı saxlayıblar, amma bir müddət sonra buraxıblar. Daha sonra, oktyabrın 25-də icra və probasiya şöbəsinə çağırıblar, oradan isə Binəqədi polisinə təhvil veriblər.

AXCP hesab edir ki, bu, Nağıyevin siyasi fəaliyyəti və oktyabrın 24-dəki aksiyada iştirakı ilə bağlıdır.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən və Ədliyyə Nazirlyinin Probasiya xidmətindən münasibət öyrənmək mümkün olmayıb.

Azərbaycanın rəsmi qurumları bir qayda olaraq, ölkədə siyasi həbslərlə bağlı fikirləri qəbul etmir.

Azərbaycan Xalq Cəbhəsi Partiyası oktyabrın 24-də Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında sərbəst toplaşmaq azadlığı tələbi ilə aksiya keçirib. AXCP-nin məlumatına görə, aksiyada çoxsaylı fəal saxlanılıb, daha sonra sərbəst buraxılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Kütləvi informasiya vasitələri (KİV) və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, aksiyada saxlanılan olmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Ukraynanın enerji infrastrukturuna daha çox zərbə endirir
please wait

No media source currently available

0:00 0:12:39 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG