Accessibility links

Mütərəqqi Demokratlar Baydeni Rusiya ilə danışıqlara çağırır


Mütərəqqi Demokrat qanunvericilər ABŞ prezidenti Co Baydeni Rusiya ilə birbaşa danışıqlar aparmaqla ABŞ-ın Ukraynadakı müharibəyə yanaşmasını dəyişməyə çağırıb.

Nümayəndə Pramila Kayapalın başçılıq etdiyi Konqresin Proqressiv Qrupunda 30 Demokratının imzaladığı məktubda Baydenin "Ukraynanın Rusiyanın işğalçı müharibəsinə qarşı qanuni mübarizəsinə" sadiqliyini yüksək qiymətləndirildiyi və ABŞ-ın Ukraynaya iqtisadi, hərbi və humanitar yardımının kritik olduğu etiraf edilib.

Washington Post qəzeti tərəfindən dərc edilən məktubda qanunvericilər ilk olaraq bildiriblər ki, diplomatik səylər də ABŞ-ın Ukrayna xalqına fəlakətli ziyan vuran, eləcə də qlobal ərzaq və yoxsulluq böhranlarını təhdid edən müharibəyə son qoymaq yanaşmasının bir hissəsi olmalıdır.

"Münaqişədə on milyardlarla ABŞ vergi ödəyicisi dollarının hərbi yardıma xərclənməsinə cavabdeh olan qanunvericilər kimi biz hesab edirik ki, bu müharibə ABŞ-ın bütün mümkün yollarla zərəri azaltmaq və Ukraynaya sülh yolu ilə nizamlanma əldə edilməsinə dəstək vermək üçün Rusiya ilə birbaşa əlaqəni ciddi şəkildə araşdırması üçün məsuliyyət yaradır", qanunvericilər yazıb.

2022-ci ilin iyununda keçirdiyi mətbuat konfransında Bayden Ukraynanın münaqişəyə son qoymaq üçün ərazilərini Rusiyaya verməli olub-olmayacağı sualına cavab verərkən belə bir ehtimalı etiraf edib.

"Mənə elə gəlir ki, nə vaxtsa danışıqlar yolu ilə nizamlanma olacaq. Bunun nədən ibarət olduğunu bilmirəm. Mən o zaman nə olacağını heç kimin bildiyini düşünmürəm"- deyə, Bayden bildirib.

Qanunvericilər qeyd edib ki, ABŞ-ın Ukraynaya nizamlanmanı qəbul etməsi üçün təzyiq yeri deyil, "hər hansı bir çərçivədə, çox ehtimal ki, bütün tərəflər, xüsusən də ukraynalılar üçün məqbul olan azad və müstəqil Ukraynada hərbi əməliyyatları dayandırmaq üçün stimullar, o cümlədən sanksiyaların hansısa formada aradan qaldırılması və beynəlxalq ictimaiyyəti bir araya gətirilməlidir.

Fevral ayında Rusiyanın səbəbsiz işğalından sonra ABŞ Ukraynaya təxminən 60 milyard dollar humanitar, iqtisadi və hərbi yardım göndərib.

Məktubda Konqresin Proqressiv Qrupunun üzvləri hələ də yardımın davam etdirilməsinə tərəfdar olduqlarını bildiriblər.

Lakin Nümayəndələr Palatasında azlıqda olan Respublikaçıların lideri, noyabrda keçiriləcək aralıq seçkilərdə Respublikaçılar ABŞ Nümayəndələr Palatasına nəzarəti ələ keçirsələr, Nümayəndələr Palatasının spikeri olmağa hazırlaşan Kevin Makkarti daxili iqtisadi problemlər nəzərə alınmaqla, ABŞ-ın Ukraynaya yardımının davam ediləcəyinə qarantiya olmadığını deyib.

Makkarti Punchbowl News-a bildirib ki, tənəzzül yaxınlaşdıqca amerikalılar "Ukraynaya kart-blanş" yazmayacaq.

Respublikaçı liderlərin hamısı bununla razılaşmır. Senatda azlıqda olan Respublikaçıların lideri Mitç Makkonnell ötən cümə günü verdiyi açıqlamada ABŞ-ın Ukraynaya daha çox yardım göstərməsinə çağırıb. "Bayden administrasiyası və müttəfiqlərimiz Rusiyanın təcavüzünün qarşısını almaq üçün Ukraynaya lazım olan vasitələri təmin etmək üçün daha çox iş görməlidir. Aydındır ki, bu, əlavə hava hücumundan müdafiə vasitələrini əhatə etməlidir," o deyib.

Mütərəqqi Demokratlar Baydenin yanaşmasını yüksək qiymətləndirdiklərini və administrasiyanın siyasətinin hərtərəfli nüvə münaqişəsinin qarşısının alınmasında kritik olduğunu deyib.

"Rusiyanın Ukraynanın qeyri-qanuni işğalı və Ukrayna ərazisinin əlavə qanunsuz ilhaqı barədə qərarını nəzərə alaraq, Rusiya ilə əlaqə qurmaqla əlaqədar çətinliklərlə bağlı heç bir illüziyaya qapılmırıq. Bununla belə, azad və müstəqil Ukraynanı qoruyub saxlamaqla müharibəni bitirməyin bir yolu varsa, Amerika bütün diplomatik variantlardan istifadə etməlidir”, - məktubda deyilir.

XS
SM
MD
LG