Accessibility links

ABŞ İsrailə Ukraynaya yardımla bağlı təzyiq göstərməyəcəyini bildirir


ABŞ İsrailə Ukraynaya yardımla bağlı təzyiq göstərməyəcəyini bildirir
please wait

No media source currently available

0:00 0:02:35 0:00

ABŞ prezidenti Co Bayden və İsrail prezidenti İzhaq Herzoq arasında Ağ Evdə görüş zamanı Tehranın Rusiyaya Ukraynaya müdaxilədə dəstəyi və İranın nüvə proqramı diqqət mərkəzində olub. İsrail Kyivin İranın təchiz etdiyi dronlardan müdafiə olunmaq üçün hava müdafiə sistemləri ilə təmin edilmək haqda müraciətini rədd edib. İsrail Rusiyanın müdaxiləsini qınayıb, lakin ölkənin Ukraynaya yardımı hələlik humanitar yardımla məhdudlaşdırılır.

ABŞ prezidenti Co Bayden və İsrail prezidenti İsaak Herzoq çərşənbə günü Ağ Evdə keçirilən görüşdə müxtəlif təhlükəsizlik məsələləri, o cümlədən İranın yaratdığı təhlükəni müzakirə ediblər.

Prezident Co Bayden: “Mən bunu karyeram müddətində 5000 dəfə söyləyəcəyəm: ABŞ-ın İsraillə bağlı sarsılmaz öhdəliyi bizim prinsiplərimizə, ideyalarımıza və dəyərlərimizə əsaslanır”.

Herzoq deyib ki, İran tərəfindən təhlükə İsrailin hüdudlarını aşır.

İsaak Herzoq, İsrail prezidenti: “Nüvə silahları istiqamətində irəliləyir və Ukraynada günahsız vətəndaşların ölümünə səbəb olan öldürücü silahlarla təmin edir”.

Ukrayna və Qərb rəsmiləri Rusiyanın Ukraynanın bütün ərazisi boyu İrana məxsus hücum dronlarla ilə zərbələr endirdiyini təsdiqləyib. Kyiv İsraildən bu hücumlardan müdafiə olunmaq üçün Dəmir Günbəz kimi hava hücumundan müdafiə sistemləri verməsini xahiş edib, lakin İsrail bundan imtina edib.

Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə müşaviri Con Körbi Amerikanın Səsinə Baydenin Herzoqa İsrailin mövqeyini dəyişməsi üçün təzyiq göstərmədiyini bildirib.

Con Körbi, Milli Təhlükəsizlik Şurası: “Onlar əlbəttə ki, bu gün Ukrayna haqqında danışıblar. Biz dünya ölkələri ilə Ukraynanı dəstəkləmək üçün kollektiv şəkildə nə edə biləcəyimizi və təbii ki, onların Ukraynanı dəstəkləmək üçün nə etməyə hazır olduqlarını müzakirə edirik, lakin bu, onların qərarı olmalıdır”.

İsrail Rusiyanın müdaxiləsini pisləyib, lakin indiyə qədər Ukraynaya yardımını humanitar yardımla məhdudlaşdırıb.

Rusiyanın Suriyada hərbi mövcudluğuna görə İsrail Suriyada İranın raket bazalarını, eləcə də İranın düşmən qruplar üçün nəzərdə tutulan silah yüklərini hədəf aldığı zaman Rusiya qüvvələrinə zərbə endirməmək hədəf üçün fəaliyyətlərini Moskva ilə koordinasiya etməlidir.

Yeni Amerika Təhlükəsizlik Mərkəzinin təhliçisi Conathan Lord: “Onlar öz sərhədlərini Hizbullah və digər aktyorların əlinə düşən silahlardan qorumağa davam edə bilmək üçün Moskva ilə ziddiyyət yaratmamağa diqqət yetirirlər”.

Bayden həmçinin ABŞ-ın vasitəçiliyi ilə İsrail və Livan arasında dəniz sərhədi mübahisəsinə son qoyaraq, maliyyə qıtlığı yaşayan Beyruta dənizdə ofşor quyuların kəşfinə imkan verən razılaşmanı alqışlayıb.

İsrailin Bar-İlan Universitetinin siyasi araşdırmalar departamentinin rəhbəri Conathan Rinhold: “Əgər onlar bu razılığa gəlməsəydi, bu, İsrail və Hizbullah arasında müharibəyə səbəb ola bilərdi. Hazırda Hizbullahın əlində olan silahları nəzərə alsaq, İsraildə mülki əhali arasında çoxlu ölüm halları olardı. İsrail də bu raketlərin atılmasını dayandırmalı olduğu üçün, bu, demək olar ki, Livanda çoxlu sayda mülki vətəndaşın ölümünə səbəb olardı”.

Bayden və Herzoq İran tərəfindən təhlükəyə qarşı ABŞ-ın vasitəçiliyi ilə İsrail və onun Körfəz qonşuları arasında inteqrasiya olunmuş regional hava hücumundan müdafiə sistemi planlarını da müzakirə ediblər.

XS
SM
MD
LG