Accessibility links

Mehdi Həmidi Şəfiq müvəqqəti azadlığa buraxılıb


Güneyli siyasi fəal Mehdi Həmidi Şəfiq
Güneyli siyasi fəal Mehdi Həmidi Şəfiq

Mehdi Həmidi Şəfiq məhkəmə prosesi başa çatana qədər Təbriz Mərkəzi Həbsxanasından müvəqqəti olaraq sərbəst buraxılıb.

Bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərinin yaydığı məlumata görə, siyasi fəal 200 milyon tümənlik mülki zəmanət müqabilində oktyabrın 25-də Təbriz həbsxanasından müvəqqəti olaraq azadlığa çıxıb.

Təbriz sakini olan yazar və siyasi fəal Mehdi Həmidi Şəfiq sentyabrın 20-də Məhsa Əmininin ölümündən sonra Təbrizdə keçirilən etiraz aksiyaları ilə əlaqədar həbs edilmişdi.

Mehdinin qardaşı cənab Hadi Həmidi Şəfiq Amerikanın Səsinə qardaşının necə həbs edildiyi haqda danışıb, təhlükəsizlik qüvvələrinin qardaşının avtomobilinin şüşələrini sındırıb, onu həyat yoldaşının qarşısında döyərək aparıdığını bildirmişdi.

Hələ ki, Həmidi Şəfiqə qarşı irəli sürülən ittihamlar barədə məlumat yoxdur.

Mehdi Həmidi Şəfiq daha əvvəl də siyasi və mədəni fəaliyyətlərindən dolayı həbs və mühakimə olunub. O, 2011-ci ildə İran Azərbaycanında Urmiyə gölü ilə bağlı baş verən kütləvi etirazlar ilə əlaqədar mühakimə edilib və uzun müddət həbsdə qalıb.

O, həmçinin siyasi və mədəni fəaliyyətlərindən dolayı ali təhsilini davam etdirməkdən məhrum edilib.

XS
SM
MD
LG