Accessibility links

Seulda Hellouin bayramında izdiham zamanı ölənlər arasında Azərbaycan vətəndaşının olmadığı bildirilir


Cənubi Koreyanın paytaxtı Seulda Hellouin bayramı zaman baş verən izdihamda ölənlər və xasərət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur.

Azərbaycanın Cənubi Koreyadakı səfirliyi məlumatında deyilir ki, ölənlər və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olması haqqında hazırda hər-hansı məlumat daxil olmayıb.

Azərbaycan Prezidenti İlham Əliyev Koreya Respublikasının Prezidenti Yun Sok Yola başsağlığı verib.

“Seul şəhərində yaranmış izdiham nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması barədə xəbər bizi olduqca kədərləndirdi,” başsağlığında deyilir.

Cənubi Koreyanın paytaxtı Seulun mərkəzindəki İtxevon küçəsində oktyabrın 29-da Hellouin bayramının qeyd edilməsi zamanı yaranan izdihamda 151 nəfər ölüb, 19-u ağır olmaqla 82 nəfər müxtəlif dərəcədə xəsarət alıb. Həyatını itirənlərin 22 nəfəri xarici ölkə vətəndaşlarıdır. Onların arasında Çin, Norveç, İran və Özbəkistan, Rusiya vətəndaşları var.

XS
SM
MD
LG