Accessibility links

Kanada baş naziri İran etirazlarına dəstək nümayişində iştirak edib


Kanadanın baş naziri Castin Trudo və həyat yoldaşı şənbə günü Ottava küçələrinə çıxaraq, İran etirazlarına dəstək üçün toplaşan nümayişçilərə qoşulublar.

Trudo və Sofi Qrequar-Trudonun iştirak etdiyi nümayiş şənbə günü Kanada və dünyanın bir çox yerində İranda 22 yaşlı Məhsə Əminin polis nəzarətində ölümündən sonra keçirilən etirazlara dəstək olaraq keçirilən nümayişlərdən biri idi. Əmini baş örtüyünü doğru geyinmədiyi üçün saxlanılmışdı.

Şənbə günü İran İnqilab Keşikçilərinin rəhbəri Hüseyn Salami etirazçılara yeni nümayişlərin keçirilməməsi ilə bağlı xəbərdarlıq edib. O bildirib ki, “nümayişləri Ağ Ev və Sionist rejim tərəfindən təşkil olunub.”

İranlılar bu xəbərdarlığa məhəl qoymayıb və şənbə günü yenidən küçələrə çıxıblar.

XS
SM
MD
LG