Accessibility links

Powerball lotereyasının cekpotu 1 milyard dolları keçib


İştirakçılar qazanmamağa davam etdikcə, Powerball lotereyanın cekpotu daha da böyüyür.

Şənbə günü gecə yenidən heç kim altı rəqəmi tapa bilmədi və təxmin edilən 825 milyon dollarlıq baş mükafat yenə də qazanılmamış qaldı. Bu isə o deməkdir ki, bazar ertəsi keçiriləcək növbəti oyunda nəhəng baş mükafat 1 milyard dolları keçəcək. Bu barədə Powerball öz bəyanatında bildirib.

Artan mükafat məbləği ABŞ tarixində ikinci ən böyük cekpot olacaq. Bu göstəriciyə görə ilk yerdə 2016-cı ildə oynanılan Powerball cekpotu olub. Həmin mükafat üç bilet sahibi tərəfindən qazanılıb.

Cekpotun 1 milyard dollardan çox olacağı bildirilsə də, bu yalnız mükafatın 29 il ödəniləcəyi halda mümkün olacaq. Qalibkər demək olar ki, həmişə nağd mükafat pulu seçdiklərindən bazar ertəsi mükafatının məbləği təxminən 497,3 milyon dollar olacaq.

Powerball 45 ştatda, həmçinin paytaxt Vaşinqton, Puerto Riko və ABŞ-ın Vircin adalarında oynanılır.

XS
SM
MD
LG