Accessibility links

ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Cənubi Qafqazla bağlı dinləmə keçiriləcək


USA-CONGRESS/INFLATION
USA-CONGRESS/INFLATION

Noyabrın 16-da Vaşinqtonda ABŞ Senatının Xarici Əlaqələr Komitəsində ABŞ-ın Cənubi Qafqazda siyasətinin qiymətləndirilməsi ilə bağlı dinləmələr keçiriləcək.

Bu barədə ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin saytında qeyd edilib.

Dinləmələrdə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid və ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş məsləhətçisi Filip Riker çıxış edəcək.

Bu ilin iyununda ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ABŞ-ın Cənubi Qafqaz regionunda sülh, demokratiya və firavanlığa sadiqliyini vurğulamaq məqsədilə Azərbaycan, Gürcüstan və Ermənistana səfər edib. Karen Donfrid səfər çərçivəsində Birləşmiş Ştatların regionda sülh və sabitliyin təmin edilməsi səylərini dəstəklədiyini vurğulayıb.

Bu ilin sentyabr ayında isə ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker Cənubi Qafqaz regionuna səfər çərçivəsində Azərbaycan, Ermənistan və Gürcüstanda olub. Filip Riker səfəri çərçivəsində hər üç ölkədə regionla bağlı əsas məsələləri müzakirə edib.

XS
SM
MD
LG