Accessibility links

Avropa Məhkəməsi Azərbaycandan göndərilmiş 43 ərizəni araşdırmağa başlayıb


Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu ilin oktyabrında Azərbaycandan göndərilmiş 43 ərizəni araşdırmağa başlayıb.

Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının Monitorinq qrupunun rəhbəri Xalid Ağaliyev Amerikanın Səsinə bildirib ki, ərizəçilərin əksəriyyəti 2015-ci ilin noyabrında Nardaran qəsəbəsində baş vermis hadisələrdə saxlanılan, həbs edilən, məsuliyyətə cəlb edilənlərdir.

“Məhkəmə hazırda 40 belə ərizəçinin işini araşdırır. Ərizəçilərn hamısı “Müsəlman Birliyi” dini hərəkatının üzvləri, tərəfdarlarıdırlar və ya rəsmi qurumlar tərəfindən belə qəbul edilirlər,” o qeyd edib.

Xalid Ağaliyev bildirib ki, AİHM ərizələrin şikayələrini birləşdirib, onları hökumətlə 4 iş çərçivəsində kommunikasiya edir.

“Ağayev və başqaları Azərbaycana qarşı işində 9, Qasımov və başqaları Azərbaycana qarşı işində 10, Taleh Bağırov və başqaları Azərbaycana qarşı işində 19 ərizəçinin şikayətləri kommunikasiya edilməyə başlayıb. Elxan İsgəndərov və Əbülfəz Bünyatovun şikayətləri birlikdə araşdırılır,” o bildirib.

Ağaliyev deyir ki, ərizəçilər onlara münasibətdə Avropa İnsan Haqları Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması hüququ), 8-ci (şəxsi həyata hörmət), 9-cu (din azadlığı), 10-cu (ifadə azadlığı), 11-ci (birləşmək hüququ) və 18-ci (Hüquqlarla bağlı məhdudlaşdırmalardan istifadənin hədləri) maddəsinin pozuntusunun baş verdiyini iddia edirlər. Ərizəçiləri AİHM qarşısında 13 yerli və əcnəbi hüquqşünas və vəkillər təmsil edir.

Tale Bağırzadə Müsəlman Birliyi Hərəkatının sədridir. O, 2015-ci ildə baş verən Nardaran hadisələrində saxlanılaraq 20 il həbsə məhkum edilib. Ümumilikdə həmin hadisələrlə bağlı 80 nəfərədək şəxs həbs olunaraq mühakimə edilib. Onlar qətl, terrorçuluq, silah saxlamaq və başqa əməllərdə günahlandırılıb. Həmin hadisələrdə həbs edilənlərin bəziləri artıq azadlıqdadır.

Nardaran hadisələrində 2-si polis olmaqla, 6 nəfər ölüb. Amma Bağırzadə və tərəfdarları məhkəmədə ittihamları qəbul etməyib, polisləri onların öldürmədiyini bildirib.

AİHM-in oktyabrda araşdırmağa başladığı digər iş Vəkillər Kollegiyasından xaric edilən vəkil Yalçın İmanovun işi ilə bağlıdır.

“İnsan hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşmış vəkil kimi tanınan Yalçın İmanov müvəkkillərindən birinin həbsxanada pis rəftara məruz qalması haqda mətbuata verdiyi açıqlamasından sonra vəkillikdən xaric edilib. O, mətbuata verdiyi açıqlamalara görə vəkillikdən uzaqlaşdırlmasının onun Konvensiya ilə təminat altına alınan şəxsi həyata hörmət və ifadə azadlığı hüququnu pozduğunu iddia edir. İmanov həmçinin iddia edir ki, dövlət tərəfindən Konvensiyanın 8 və 10-cu maddələrinə əsasən ona tətbiq edilmiş məhdudiyyətlər, Konvensiyanın 18-ci maddəsinə zidd şəkildə, həmin müddəalarda nəzərdə tutulmuş məqsədlərdən başqa məqsədlər üçün tətbiq edilib,” Ağaliyev qeyd edib.

Bundan başqa daha bir şikayət mülki iddia ilə bağlıdır.

“Zöhrə Hacıyeva və Fatma Əsgərova Azərbaycana Qarşı' ​işində mülkiyyət hüququnun pozuntusu mübahisələndirilib. Bu işdə ərizəçilərin əmlakları Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən özgəninkiləşdirilib. Ərizəçilər onlara əlavə kompensaiya ödənilməməsindən şikayət ediblər,” Xalid Ağaliyev deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Ukraynanın enerji infrastrukturuna daha çox zərbə endirir
please wait

No media source currently available

0:00 0:12:39 0:00
XS
SM
MD
LG